İsrail Ordu Radiosu ABŞ prezidenti Donald Trampın ikitərəfli gərginliyin artması fonunda Benyamin Netanyahu ilə birbaşa əlaqəni kəsdiyini açıqlayıb.
Radionun məlumatına görə, ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə birbaşa əlaqəni kəsmək qərarına gəlib.
Radionun müxbiri Yanir Cozin "X" hesabında etdiyi paylaşımda Trampın yaxın həmkarlarının İsrailin strateji işlər naziri Ron Dermerə prezidentin Netanyahunun onu manipulyasiya etdiyinə inandığını söyləməsindən sonra bu qərarı verdiyini bildirib.
İsrail rəsmisi əlavə edib ki, Dermerin Trampın nə etməli olduğu mövzusunda respublikaçıların yüksək vəzifəli şəxsləri ilə son söhbətlərdəki üslubunun təkəbbürlü və faydasız görünür.
Rəsmi bildirib ki, Trampın ətrafındakı insanlar ona “Netanyahunun manipulyasiya etdiyini” deyiblər.
"Trampın axmaq və ya hiyləgər kimi göstərilməkdən daha nifrət etdiyi heç nə yoxdur. Bu səbəbdən o, Netanyahu ilə əlaqələri kəsmək qərarına gəlib", -deyə rəsmi şəxs qeyd edib.
Yanir Kozin ABŞ-İsrail münasibətlərinin pisləşməsinin qaynaqlarından biri kimi İsrail hökumətinin Yəməndəki İran və Husilərlə bağlı konkret plan və vaxt cədvəli təqdim etməməsini göstərib.
Ordu Radiosunun müxbiri həmçinin vurğulayıb ki, Netanyahu hökuməti Qəzza ilə bağlı heç bir konkret təklif irəli sürməyib.