TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə XİN: ''Haaqa qrupunun bəyanatına dair iddialar əsassızdır''
Türkiyə Xarici İşlər Nazirliyi Haaqa qrupunun 15-16 iyulda Kolumbiyada keçirilən iclasından sonra yayımlanan birgə bəyanata Türkiyənin dəstək vermədiyi ilə bağlı iddiaları qətiyyətlə təkzib edib
Türkiyə XİN: ''Haaqa qrupunun bəyanatına dair iddialar əsassızdır''
/ Public domain
5 saat əvvəl

Türkiyə Xarici İşlər Nazirliyi Haaqa qrupunun 15-16 iyulda Kolumbiyada keçirilən iclasından sonra yayımlanan birgə bəyanata Türkiyənin dəstək vermədiyi ilə bağlı iddiaları qətiyyətlə təkzib edib. Nazirlik bu iddiaları “əsassız” adlandırıb.

İyulun 19-da yayılan açıqlamada qeyd olunub ki, beynəlxalq görüşlərdə qəbul edilən birgə bəyanatlara qoşulma xüsusi prosedurlara və vaxt cədvəlinə uyğun həyata keçirilir.

Açıqlamada hәmçinin bu ifadәlәrә yer verilib:

“Təcrübəsi olan hər kəs yaxşı bilir ki, beynəlxalq toplantılarda qəbul edilən qərar və sənədlərə qoşulmaq müəyyən vaxt çərçivəsinə əsaslanır. Boqota görüşünün yekununda hazırlanan birgə bəyanata 20 sentyabr 2025-ci il tarixinədək qoşulmaq mümkündür. Hazırda toplantıda iştirak edən 30 ölkədən yalnız 12-si sənədə imza atıb.

Bəyanatda yer alan bəzi məsələlər Türkiyənin beynəlxalq hüquq qarşısındakı öhdəliklərinə uyğun şəkildə daxili qurumlar arasında koordinasiyanı tələb edir. Bu səbəblə əlaqədar dövlət qurumları sənədə imza atmadan öncə lazımi hazırlıq işlərini tamamlamalıdır.

Əslində bəyanatda qeyd olunan tədbirlərin əksəriyyəti artıq Türkiyə tərəfindən icra olunur. Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da fələstinlilərin hüquqlarını qoruyan hər bir təşəbbüsə dəstək verməyə davam edəcək.

Türkiyənin Qəzza ilә bağlı siyasətinə yanlış məlumat və ya qərəzli yanaşmalarla qiymət vermək doğru deyil”.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us