1) İsrailin avqustun 13-də Qəzzada həyata keçirdiyi hava hücumlarında, evlərə və köçkün ailələrin yerləşdiyi çadırlara endirilən zərbələr nəticəsində təxminən 64 fələstinli həlak olub.
2) İsrail ordusu son üç gün ərzində Qəzzanın Zeytun məhəlləsində 300-dən çox evi dağıdıb.
3) ABŞ Federal Apellyasiya Məhkəməsi Dövlət Departamentini xarici yardımı davam etdirməyə məcbur edən qərarı ləğv edib.
4) ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya dövlət başçısı ilə Alyaskada keçirəcəyi sammitdən dərhal sonra Ukrayna prezidenti Volodimir Zelenski və Vladimir Putinlə üçtərəfli görüş təşkil etməyə çalışacaq.
5) Pakistanın paytaxtı İslamabadda keçirilən Müstəqillik Günü paradında Türkiyə Silahlı Qüvvələrinin hərbi bölüyü tribuna qarşısından keçərkən minlərlə insan ayağa qalxıb.