Türkiyə və Pakistan Cənubi Asiya ölkəsində 40 blok üzrə dənizdə neft və qaz kəşfiyyatı üçün birgə təklif vermək məqsədilə razılaşma imzalayıblar.
Birgə təklif razılaşması aprelin 8-də İslamabadda keçirilən 2025 Pakistan Minerallar İnvestisiya Forumunun çərçivəsində imzalanıb. Bu barədə Pakistanın Neft Nazirliyinin bəyanatında bildirilib.
Fevral ayında Pakistan hökuməti Makran və İndus hövzələrində 40 dəniz bloku üzrə kəşfiyyat lisenziyalarının verilməsi üçün tender elan etmişdi, bəyanatda qeyd olunub.
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Türkiyə Neft Şirkəti (TPAO) ilə Pakistanın Mari Energies, OGDCL və PPL adlı milli şirkətləri arasında saziş imzalanıb. İmzalanma mərasimi Pakistan Madencilik Yatırım Forumu çərçivəsində baş tutub.
"Bu addım, Türkiyə ilə Pakistan arasındakı strateji enerji əməkdaşlığını daha da dərinləşdirəcək və bölgənin enerji təhlükəsizliyi baxımından da mühüm dönüş nöqtəsi olacaq"- deyə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Pakistan 2025-ci il 30 iyun tarixində ümumilikdə 40 dəniz axtarış bloku üzrə beynəlxalq tender elan edəcək. Bunlardan 14-ü Makran sahillərində, 26-sı isə İndus dəniz hövzəsində yerləşir. TPAO və tərəfdaş şirkətlər seçdikləri bloklara birgə təklif təqdim edəcəklər..
Nazir, İslamabad proqramı çərçivəsində Pakistan Quru Qoşunları Komandanı Asim Munir ilə də görüşərək enerji təhlükəsizliyi və strateji əməkdaşlıq məsələlərini müzakirə edib.