pus
Rəsmilərdən biri bildirib ki, maliyyə yardımının dayandırılması federal səhiyyə, təhsil, kənd təsərrüfatı və müdafiə nazirlikləri ilə qrantlar və müqavilələri əhatə edir.
ABŞ rəsmisi qeyd edib ki, Tramp administrasiyası Kornell (Cornell) Universitetinə ayrılan 1 milyard dollardan çox və Şimal-Qərb Universiteti (Northwestern) üçün ayrılan 790 milyon dollardan çox maliyyə vəsaitini dondurub, hər iki universitetdə də vətəndaş hüquqlarının pozulması ilə bağlı araşdırma aparıldığını deyib.
Dondurulan vəsaitlərə əsasən səhiyyə, təhsil, kənd təsərrüfatı və müdafiə nazirlikləri ilə qrantlar və müqavilələr daxildir. Rəsmi bu məlumatı aprelin 8-də adının açıqlanmaması şərti ilə paylaşıb.
Prezident Donald Trampın administrasiyası Fələstini dəstəkləyən şəhərcik etirazları və müxtəliflik, bərabərlik və inklüzivlik proqramları kimi digər məsələlərə görə universitetlərə federal maliyyəni kəsməklə hədələyib.
Tramp keçən ay Kornell və Şimal-Qərb də daxil olmaqla 60 universitetə məktub ünvanlayaraq, antisemitizm adlandırdığı şeyin qarşısını ala bilmədikləri təqdirdə sanksiyalarla üzləşə biləcəkləri barədə xəbərdarlıq etmişdi.
Şimal-Qərb Universiteti vəsaitlərin dondurulması ilə bağlı medianın məlumatlarından xəbərdar olduğunu, lakin hökumətdən heç bir rəsmi bildiriş almadığını və istintaqda əməkdaşlıq etdiyini söyləyib.
Universitetin sözçüsü "Şimal-Qərb Universitetinin qəbul etdiyi federal fondlar dünyanın ən kiçik kardiostimulyatorunun inkişafı və Altsheymer xəstəliyi ilə mübarizəni dəstəkləyən tədqiqatlar kimi innovativ və həyat qurtaran tədqiqatları maliyyəşdirir. Bu cür tədqiqatlar hazırda təhlükə altındadır", -deyə bildirib.
Kornell Universiteti şərh sorğusuna dərhal cavab verməyib. Keçən həftə "New York Times" qəzetində dərc olunan rəy yazısında Kornell Universitetinin sədri Maykl Kotlikoff deyib ki, universitet insanların müzakirəsinə icazə verməkdən qorxmur, İsrail-Fələstin münaqişəsi kimi mövzular da buna daxildir.
Tramp ABŞ-ın müttəfiqi İsrailin Qəzzada törətdiyi soyqırımına cavab olaraq Fələstin tərəfdarı olan şəhərcikdəki etirazları yatırtmağa çalışıb.
Etirazçılar, o cümlədən bəzi yəhudi qrupları deyirlər ki, Tramp administrasiyası onların İsrailin Qəzzada hərəkətlərini tənqid etməsini və Fələstinin hüquqlarını müdafiə etməsini antisemitizm və HƏMAS-a dəstək ilə əlaqələndirib.
Trampın universitetlərə təzyiqi
Tramp universitet şəhərciklərində Fələstin tərəfdarı etirazlara icazə verən ABŞ universitetlərini hədəfə aldı.
Bu, Kolumbiya Universiteti ilə başladı və ABŞ kampuslarında Fələstin tərəfdarı etiraz dalğasına səbəb oldu. Universitetin 400 milyon dollarlıq federal fondu ləğv edildi.
Universitet nəhayət təzyiqlərə baş əydi və kampus etiraz siyasətləri də daxil olmaqla köklü siyasət dəyişikliklərini elan etdi.
Daha sonra o, Harvardı hədəfə aldı, iddia edilən antisemitizmi nəzərdən keçirməyə başladı və universitetdən 9 milyard dollar federal maliyyə kəsməklə hədələdi.
Bu addım universitetin Yaxın Şərq Araşdırmaları Mərkəzinin rəhbərlərini işdən çıxarmasından sonra atıldı. Bu, özünü Fələstin tərəfdarı səslərdən və qərəzlilik iddialarından uzaqlaşdırmaq cəhdi kimi şərh edildi.
Prinseton Universiteti də keçən həftə hökumətin onlarla tədqiqat qrantını dondurduğunu söylədi.
İnsan haqları müdafiəçiləri Tramp administrasiyasının repressiyaları səbəbindən ifadə azadlığı və akademik azadlıqdan narahatlıqlarını ifadə etdilər.
Hüquq müdafiəçiləri də İsrailin qırğını zamanı islamafobiya və ərəblərə qarşı qərəzdən narahatlıqlarını ifadə etdilər. Tramp administrasiyası isə bu məsələ ilə bağlı heç bir addım atmadı.