SİYASƏT
1 dəqiqə oxuma
Papa Fransisk Vatikana qayıdır
88 yaşlı ruhani lider Vatikana qayıtmaq üzrədir, lakin həkimlər onun ən azı iki ay müddətində bərpa olunacağını və vəzifələrinin azaldılacağını deyirlər.
Papa Fransisk Vatikana qayıdır
/ Others
24 mart 2025 г.

Papa Fransiskin sağalması üçün ən yaxşı yerin Vatikan iqamətgahı olduğunu deyən həkimlərinin məsləhəti ilə beş həftədir sətəlcəmə görə xəstəxanada mualicə aldıqdan sonra bazar günü o, öz iqamətgahına qayıdıb.

Katolik Kilsəsinin 88 yaşlı liderinin səhhətinin kifayət qədər yaxşılaşdığını vurğulayan həkimlərdən biri Serxio Alfieri, bununla belə, Papanın ən azı iki aylıq sağalma dövrü gözlədiyini bildirib.

Fransiskin Fevralın 14-dən bəri xəstəxanada qalması onun papalıq dövründə ən uzun müddətli xəstəxana müalicəsi olub. Papanın 2013-cü ildə seçilməsindən bu günə dək artıq dördüncü dəfə xəstəxanada qalmasıdır. Fransiskin getdikcə kövrəkləşən səhhətinə görə, onun da sələfi XVI Benedikt kimi vəzifəsindən istefa verib-verməyəcəyi ilə bağlı fərziyyələr yaranıb.

Vatikan çərşənbə günü elan etdi ki, Papa artıq oksigen maskasına ehtiyac olmadan nəfəs ala bilir. Bununla belə, həkimlər Papanın tez bir zamanda normal işinə qayıtmasının mümkün olmadığını bildiriblər.

Ancaq qarşıdan gələn, xristian təqviminin ən müqəddəs dövrü olan Pasxa bayramına qədər dəvam edəcək dini tədbirlərin sıx cədvəlinə kimin rəhbərlik edəcəyi hələ də bəlli deyil.

Buna görə də, dünyadakı katoliklər və digər dindarlar Papanın tezliklə sağalması üçün dua edirlər.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us