Vyetnam və İspaniya liderləri, iqtisadi əlaqələri və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcəklərini vəd ediblər.
İspaniya və Vyetnam çərşənbə günündən etibarən ABŞ-a daxil olan Vyetnam məhsullarına 46 faiz, Avropa İttifaqı məhsullarına isə 25 faiz rüsumun tətbiqini əngəlləməyə çalışır.
Vyetnam Baş naziri Pham Minh Çin ispaniyalı həmkarı ilə keçirdiyi görüş zamanı deyib: "Vyetnam, İspaniya ilə münasibətlərini ən qısa zamanda hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istəyir."
Honoyda təşkil edilən birgə mətbuat konfransında çıxış edən Vyetnam Baş naziri həmçinin bildirib: "Mövcud qlobal vəziyyət nə qədər çətin olsa da, bir o qədər çox əməkdaşlıq etməli və çoxtərəfliliyi vurğulamalıyıq."
Pedro Sançes isə öz növbəsində İspaniyanın iqtisadi şəffaflığa inandığını və ticarət münaqişələrinə qarşı olduğunu vurğulayıb: "İspaniya qaydalara əsaslanan beynəlxalq nizamı, azad ticarəti və iqtisadi şəffaflığı dəstəkləyir və ticarət müharibələrinin heç kimə fayda vermədiyinə və hər kəsə zərər verdiyinə inanır."
Sançes İspaniyanın Vyetnamdakı mövcudluğunu, öz yüksək sürətli dəmir yolu şəbəkəsinin qurulmasında əldə etdiyi təcrübəni paylaşa biləcəyini və dəmir yolu infrastrukturunu genişləndirməkdə maraqlı olduğunu da bildirib.