Myanmada çərşənbə axşamı 2000-dən çox insanın həyatına son qoyan və yollarla binalara ciddi ziyan vuran zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
7.7 bal gücündə baş verən zəlzələdən dörd gün sonra, Myanmarda bir çox insan hələ də evlərinə qayıda bilmir.
Yerli vaxtla 12:51:02-də (0621 GMT) – zəlzələnin baş verdiyi dəqiqdə – sirenalar səsləndi və ölkə zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Zəlzələ 1.7 milyon əhalisi olan Mandalayda ciddi dağıntılara səbəb olub.
Ölkəni idarə edən hərbi xunta bayraqların aprelin 6-dək yarıyadək endiriləcəyini və həyatını itirənlərin xatirəsinin yad ediləcəyini bildirmişdi.
Hərbi xunta bazar ertəsi günü zəlzələ nəticəsində 2,056 nəfərin öldüyünü, 3,900-dən çox insanın yaralandığını və 270 nəfərin itkin düşdüyünü açıqlayıb. Qonşu Taylandda isə azı 20 nəfərin həlak olduğu bildirilir.