SİYASƏT
2 dəqiqə oxuma
Trampın rüsumları 50% artırma təhdidinə qarşı Çindən “axıra qədər mübarizə aparacağıq” cavabı
Rəsmi Pekindən Trampa sərt cavab: “Əgər ABŞ 50% əlavə vergi təhdidinə israr edərsə, Çin axıra qədər mübarizə aparacaq”
Trampın rüsumları 50% artırma təhdidinə qarşı Çindən “axıra qədər mübarizə aparacağıq” cavabı
Trump upended the world economy last week with sweeping tariffs that have raised the spectre of an international recession. / AP
9 aprel 2025 г.

ABŞ prezidenti Donald Trampın Çin məhsullarına 50 %-lik yeni gömrük rüsumunun tətbiqi ilə hədələməsi qlobal bazarlarda böyük təsirə səbəb olub. Pekin administrasiyası bu addımlara qarşı sona qədər mübarizə aparacaqlarını açıqlayıb.

Çin Ticarət Nazirliyinin Mətbuat Xidməti: "ABŞ öz qərarında israr edərsə, biz sona qədər mübarizə aparacağıq. Trampın bu addımı ABŞ-ın hədə-qorxu xarakterini bir daha ortaya qoyur", - bildirib.

Nazirlik əlavə edib ki, ABŞ vergiləri artırarsa, Çin də öz hüquq və maraqlarını qorumaq üçün qətiyyətli əks tədbirlər görəcək. Bununla belə, Çin hələ də ABŞ ilə danışıqlar istədiyini və ticarət müharibəsində qaliblərin olmadığını da vurğulayıb.

Keçən həftə Trumpın geniş tarifləri dünya iqtisadiyyatına zərbə vurdaraq qlobal birjalarda resessiya qorxusunu artırıb. Buna cavab olaraq Çin cümə axşamından etibarən ABŞ mallarına 34 faiz əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb.

Çinin hökümətinin bu cavabından sonra Tramp rəsmi Pekinin geri addım atmaması təqdirdə Çin məhsullarına ümumi tarifləri 104 faizə qaldıracağını bildirib.

Qlobal birjalarda xaos

Trampın tarifləri dünya birjalarında böyük enişlərə səbəb olub. Honq-Konqun “Hang Seng” indeksi bazar ertəsi günü Asiya maliyyə böhranından bəri ən kəskin gündəlik eniş yaşayaraq 13,2 faiz azaldı. “Wall Street”də  də dəyişkən bir tendensiya görülüb. Belə ki, “Dow Jones” və “S&P 500” günü mənfidə yekunlaşdırıb. Son günlər bazarlardan trilyonlarla dollar silinib. Məsələ ilə əlaqədər Tramp geri addım atmaq planının olmadığını təkrarlayıb. O, hətda Çinlə planlaşdırılan danışıqları ləğv etdiyini, lakin danışmaq istəyən istənilən ölkə ilə masa arxasında oturmağa hazır olduğunu bildirib.

ABŞ Yaponiyaya üstünlük verəcək

İnvestorlar bu ticarət müharibəsində gərginliyin azalacağına ümid edərkən ABŞ Maliyyə Naziri Skot Bessentin “Fox News”a verdiyi açıqlamada bazarları müəyyən qədər arxayınlaşdırıb. Bessent Yaponiyanın tariflər məsələsi ilə ələqəli danışıqlarda prioritet alacağını söyləyərək, bunun Yaponiyanın daha tez hərəkətə keçməsi ilə əlaqədar olduğunu bildirib.

Əlavə olaraq Bessent onlarla ölkənin danışıqlar üçün müraciət etdiyini də deyib: "Uğurlu danışıqlarla tariflərin aşağı salınmasını təmin edəcəyik". Ancaq Tramp İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşündə tariflərin daimi olma ehtimalını da istisna etməyib.

Qeyd edək ki, dünyanın hər yerindən ABŞ-a idxal edilən mallara ilkin 10 faizlik gömrük rüsumları şənbə günü qüvvəyə minib. Bu gündən etibarən Çin məhsullarına 34 faiz, Aİ məhsullarına isə 20 faiz əlavə vergi tətbiq olunacaq.

Bu arada Aİ-nin ticarət nazirləri bazar ertəsi Lüksemburqda bir araya gələrək ABŞ-ın rüsumlarına cavab planlarını müzakirə ediblər. Almaniya və Fransa ABŞ-ın texnoloji nəhənglərinə verginin nəzərdə tutulması lazım olduğunu müdafiə ediblər. "Biz mal və xidmətlərlə bağlı hər hansı variantı istisna etməməliyik. Avropanın hərtərəfli və təsirli gücü var, biz ondan istifadə etməliyik", - Fransanın Ticarət Naziri Loran Sen-Marten bildirib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us