DÜNYA
2 dəqiqə oxuma
ABŞ Yaponiyanı mühüm müttəfiq kimi görür
Pentaqon rəhbəri Çinin Hind-Sakit okean regionunda aqressiv mövqeyinə qarşı ABŞ-Yaponiya ittifaqını gücləndirmək üçün Tokioya səfər edib.
ABŞ Yaponiyanı mühüm müttəfiq kimi görür
/ AP
31 mart 2025 г.

ABŞ Müdafiə naziri Pete Heqset Yaponiyanın Çinin təcavüzkar mövqeyinə qarşı regionda, xüsusilə də Tayvan boğazında mühüm rol oynadığını bildirib. Tokioda Yaponiyanın Müdafiə naziri Gen Nakatani ilə görüşən Heqset deyib: "Ordularımızı müəyyən edən ümumi döyüş ruhumuz var’’. Yaponiyanı Hind-Sakit okean regionunda sülh və təhlükəsizliyin təməl daşı adlandıran Pentaqon prezident Donald Tramp administrasiyasının, əvvəlki administrasiyalar kimi, Asiyadakı əsas müttəfiqi ilə sıx əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.

Yaponiyada təxminən 50,000 ABŞ hərbi qulluqçusu və Vaşinqtonun xaricdə yerləşdirilmiş yeganə təyyarədaşıyan zərbə qrupu yerləşir. Yapon arxipelaqı Çin hərbi gücünü məhdudlaşdırmaq baxımından strateji əhəmiyyətə malikdir.

Pet Heqsetin Yaponiyanı tərifləməsi, onun fevral ayında Avropa müttəfiqlərini tənqid etdiyi şərhlərinə ziddir. O, Avropa ölkələrinə ABŞ-ın qitədəki mövcudluğuna daimi təminat kimi baxmamaları barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, Pet Heqset şənbə günü 80 il əvvəl ABŞ və Yaponiya qüvvələri arasında şiddətli döyüşlərə səhnə olan İvo Jima adasında keçirilən anım mərasiminə qatılıb.

"Təcavüzkar" Çin
Heqset həmçinin, ABŞ-ın Tayvan boğazı da daxil olmaqla Hind-Sakit okean regionunda güclü və hazırlıqlı olmağa davam edəcəyini vurğulayıb və Çin barədə "təcavüzkar" ifadəsini işlədib. Rəsmi Pekin son illərdə Tayvan ətrafında hərbi təzyiqi artıraraq, demək olar ki, hər gün onun hava məkanını pozur. Çin hökuməti, özünü idarə edən bu adaya nəzarəti ələ keçirmək üçün güc tətbiq etməkdən çəkinməyəcəyini dəfələrlə bəyan edib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us