DÜNYA
1 dəqiqə oxuma
“New York Times”: ABŞ yüzlərlə əsgərini Suriyadan çıxarmağa başladı
“New York Times” ABŞ-ın Suriyanın şimal-şərqindən yüzlərlə əsgərini çıxarmağa başladığını yazıb.
“New York Times”: ABŞ yüzlərlə əsgərini Suriyadan çıxarmağa başladı
During his presidency's first term in 2019, Trump had initiated the withdrawal of American troops from Syria — a move that analysts said significantly altered the dynamics of the region. / AP
18 aprel 2025 г.

“New York Times” qəzeti iki yüksək rütbəli ABŞ rəsmisinə istinadən bildirib ki, ordu şimal-şərqdəki səkkiz kiçik əməliyyat bazasından üçünü bağlayıb və əsgərlərin sayını 2000-dən təxminən 1400-ə endirib.

Rəsmilərin məlumatına görə, ABŞ komandirləri əlavə ixtisarlara ehtiyac olub-olmadığını 60 gün ərzində qiymətləndirəcək.

Rəsmilərdən biri deyib ki, komandirlər Suriyada ən azı 500 əsgərin qalmasını tövsiyə edir.

Məlumatda prezident Donald Trampın ABŞ əsgərlərinin Suriyada qalması ilə bağlı “dərin şübhələrinin” olduğu bildirilib.

Qeyd edək ki, Tramp yanvarın sonunda verdiyi açıqlamada Amerika qüvvələrinin geri çəkiləcəyi hesabatından sonra “Suriyadakı qoşunları qiymətləndirəcəyik” deyib.

"Bunu kimin dediyini bilmirəm, amma biz bunu qiymətləndirəcəyik",-deyə bildirən Tramp "Biz Suriyaya müdaxilə etmirik. Suriya özü ilə məşğul olmalıdır. Orada artıq kifayət qədər mürəkkəb vəziyyət vardır. Bizdə də mürəkkəb vəziyyət yaratmalarına ehtiyac yoxdur" deyib.

"New York Times" xəbər verib ki, hazırda davam edən hərbçilərin sayının ixtisar edilməsi sahədəki komandirlərin bazaları bağlaması və bazaları birləşdirmə mövzusundakı tövsiyələrinə əsaslanır və bu addım Pentaqon ilə Mərkəzi Komandanlıq tərəfindən təsdiqlənib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us