SİYASƏT
2 dəqiqə oxuma
Rusiya ilə Fransa arasında gərginlik artır
Kreml dövlət qulluqçusunun saxlanılmasını tamamilə qəbuledilməz adlandırıb və bunun Moskva-Paris münasibətlərini daha ​​da pisləşdirəcəyini bildirib.
Rusiya ilə Fransa arasında gərginlik artır
"We do not intend to leave this without consequences," Maria Zakharova says. / Photo: Reuters
10 aprel 2025 г.

Rusiya dövlət qulluqçusunun Parisin “Şarl de Qoll” hava limanında saatlarla nəzarətdə saxlanması ilə əlaqədar Fransadan açıqlama gözlədiyi bildirilir. Moskva bu hadisəyə sərt reaksiya verərək, onu “utanc verici tamaşa” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyi adı açıqlanmayan dövlət qulluqçusunun nazirlikdə işlədiyini və bazar günü rəsmi nümayəndə heyətinin tərkibində Fransaya səfər etdiyini bildirib. Rusiya tərəfinin iddiasına görə, Fransa sərhəd polisi həmin şəxsin Fransa vizasına sahib olmasına baxmayaraq, onun telefonunu və kompüterini müsadirə edib və saatlarla sərhəd nəzarətində saxlayıb.

Moskvanın Fransa Prezidenti Emmanuel Makronu Avropaya və xüsusilə də Ukraynaya verdiyi dəstəyə görə tənqid etməsi ilə son aylarda gərginləşən Fransa-Rusiya münasibətləri, bu hadisə ilə yeni bir böhrana səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü keçirdiyi həftəlik mətbuat konfransında deyib: "Aprelin 6-da “Şarl de Qoll” hava limanında baş verənlərlə bağlı heç bir izahı yoxdur". Zaxarova qeyd edib ki, Rusiya səfirliyi dərhal hava limanına konsul göndərib və diplomatlar, rəsmi nümayəndə heyətinin üzvləri olan həmkarlarını görmək üçün təxminən 7 saat gözləməli olublar.

Buna lazımi cavabın veriləcəyini bildirən Mariya Zaxarova Parisin məsələ ilə bağlı açıqlama vermədiyini qeyd edib.

"Fransa tərəfinə izahat gözlədiyimizi bildirdik. Açığı, onların özlərinə necə haqq qazandıracaqlarını təsəvvür etmək çətindir," – deyə Mariya Zaxarova vurğulayıb.

Kremldən sərt reaksiya: yaşananlar qəbuledilməzdir

Kreml yaşanan hadisə ilə bağlı sərt bəyanat yayıb və bunu "tamamilə qəbuledilməz" adlandırıb. Kreml bu vəziyyətin Moskva ilə Paris arasındakı münasibətləri daha da pisləşdirəcəyini bildirib və Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərildiyini, həmçinin Fransanın Rusiyadakı səfirini görüşə dəvət etdiyini açıqlayıb.

Rusiya və Fransa, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri qarşılıqlı olaraq çox sayda diplomatı ölkələrindən çıxarıblar. Son zamanlarda Kremlin, Ukrayna münaqişəsi ilə bağlı qəzəbini daha çox Avropaya yönəltdiyi və ABŞ ilə daha mötədil münasibətlərə üstünlük verdiyi müşahidə olunmaqdadır.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us