Harvard Universiteti Donald Trampın yeni xarici tələbələrin ABŞ-a girişini qadağan edən fərmanını "intiqam" hərəkəti kimi qiymətləndirir.
İyunun 4-də Ağ Ev tərəfindən bəyan edilən fərmanda Harvardda təhsil almağa başlayan beynəlxalq tələbələrin girişinin 6 ay müddətinə dayandırılacağı və məhdudlaşdırılacağı, mövcud xarici tələbələrin isə vizalarının ləğv edilə biləcəyi qeyd olunub.
Fərmanda deyilir: "Harvardın davranışı onu xarici tələbələr və tədqiqatçılar üçün uyğun olmayan bir məkana çevirdi”.
Harvard Universiteti ilə bildirib: "ABŞ administrasiyası Harvardı beynəlxalq tələbələrindən ayırmaq üçün ilk cəhdi deyil. Universitet hökumətin Harvardın idarəetməsini, tədris proqramını və müəllim-tələbə ideologiyasını nəzarət altına almaq tələblərini rədd etdiyi üçün intiqam alır, kampaniya aparır."
Bu açıqlama Tramp administrasiyasının Harvardın xarici tələbələri qəbul etmək və yerləşdirmək hüququnu ləğv etmək cəhdlərinin hakim qərarı ilə dayandırılmasından sonra gəldi.
ABŞ hökumətinin intiqamı
Harvard 2025-ci ilin 23 may tarixində məhkəmə iddiası qaldırıb. İyunun 5-də isə ABŞ hüquqi tədbirləri genişləndirərək hələlik sonuncu fərmanını verdi.
Hökumət artıq Harvardın faydalandığı təxminən 3,2 milyard dollarlıq federal qrant və müqavilələri kəsib.
Harvard Trampın tədris proqramına, işçi heyətinə, tələbə qəbuluna və baxış müxtəlifliyinə nəzarət tələblərinə qarşı çıxdıqdan sonra ona qarşı aparılan kampaniyasının mərkəzindədir. Tramp Harvarddakı beynəlxalq tələbələri hədəf alıb. 2024–2025-ci tədris ilində ümumi qəbulun 27 faizini təşkil edən bu tələbələr universitet üçün əsas gəlir mənbəyidir.
Harvard Universiteti bildirib: "Prezident Donald Trampın hərəkətləri ABŞ-ın maraqlarını qorumaq üçün deyil, əksinə, Harvard Universitetinə qarşı hökumət intiqamını həyata keçirmək məqsədilə atılıb."
D.Tramp vəzifəyə qayıtdıqdan sonra Fələstin tərəfdarı etirazlar və digər məsələlərə görə ABŞ-ın elit universitetlərinin üstünə gedir. Birləşmiş Ştatların Təhsil naziri 28 mayda Kolumbiya Universitetini akkreditasiyasını ləğv etməklə hədələyib.
Harvarddan başqa, Kolumbiya universiteti də da daxil olmaqla ABŞ-ın bir neçə aparıcı təhsil müəssisəsi Tramp administrasiyasının geniş tələblərinə boyun əyməyə məcbur qalıb.