SİYASƏT
2 dəqiqə oxuma
Erməni keşişi çevrilişə cəhddə günahlandırılıb
Erməni hakimiyyəti apardığı araşdırmada bildirdi ki, kilsə dəstəkli hərəkat "terrorçu" əməllər və hakimiyyətin qanunsuz ələ keçirilməsi planlaşdırırdı.
Erməni keşişi çevrilişə cəhddə günahlandırılıb
Earlier this month, Pashinyan urged believers to oust Church head Garegin II. / AFP
19 saat əvvəl

  Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, təhlükəsizlik qüvvələri Ermənistanın Apostol kilsəsinin yüksək rütbəli bir din xadiminin də daxil olduğu çevriliş planını ifşa ediblər. Bu plan hökumətə təzyiq göstərmək üçün regional məsələlərdən bəhanə kimi istifadə etməyə çalışırdı.

  N.Paşinyan 2020-ci ildən bəri Qarabağ bölgəsi ilə bağlı Azərbaycanla hərbi qarşıdurmadan sonra yüksək rütbəli din xadimləri ilə münaqişədədir. O, “Telegram” kanalında yazıb: "Hüquq-mühafizə orqanları cinayətkar-oliqarx ruhani tərəfindən Ermənistan Respublikasında vəziyyəti qarışdırmaq və hakimiyyəti ələ keçirmək üçün hazırlanmış genişmiqyaslı və qaranlıq bir planı ifşa etdilər”.

  Nikol Paşinyan Ermənistanın İstintaq Komitəsinin bəyanatını paylaşaraq bildirib: “Arxiyepiskop Bağrat Qalstanyan 2024-cü ilin noyabrından etibarən Ermənistan Respublikası Konstitusiyası ilə icazə verilməyən yollarla hakimiyyəti dəyişmək məqsədini qarşısına qoyub. O həbs edilib. Müxalifətçi Müqəddəs Mübarizə hərəkatının başçısı olan Qalstanyan 2024-cü ildə Azərbaycanla bağlı regional məsələlərdən istifadə edərək etirazlar təşkil etmiş, lakin bunlar baş naziri devirməkdə uğursuz olmuşdu”.

İstintaq davam edir

  Ermənistan İstintaq Komitəsinin bildirdiyinə görə, Bağrat Qalstanyan hərəkatın bir neçə üzvünün əvvəlcədən razılığı ilə terror aktları törətmək və hakimiyyəti ələ keçirmək üçün lazım olan vasitə və alətlər əldə edib. Hal-hazırda o və təxminən 30 tərəfdarının evində axtarış aparılır.

  Xatırladaq ki, 2025-ci il iyun ayının əvvəlində Nikol Paşinyan Ermənistan Apostol kilsəsinin keşişi II Qareginə qarşı qarşı görünməmiş çağırış edərək inanclılara ondan uzaq durmağı tövsiyə etmişdi.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us