SİYASƏT
1 dəqiqə oxuma
''Həmas'' İrana dəstəyini ifadə edib
''Həmas''ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İranın Fələstin məsələsinə verdiyi dəstəyi yüksək qiymətləndirib
''Həmas'' İrana dəstəyini ifadə edib
Israel's unprovoked attacks prompted Iran to launch retaliatory strikes. / Reuters
7 saat əvvəl

Fələstinin müqavimət hərəkatı "Həmas"ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin hücumuna məruz qalan İrana dəstəyini ifadə edib.

İzzəddin əl-Qəssam Briqadaları İsrailin son hücumları nəticəsində həlak olan İran Silahlı Qüvvələrinin yüksək rütbəli komandirləri ilə bağlı İrana başsağlığı verib.

Bəyanatda qeyd olunub ki, İran bu dəstəyin ağır fədakarlıqlar tələb edəcəyini bildiyi halda, Fələstin məsələsində geri çəkilməyib.
“Həmas” İranın bu mövqeyini yüksək qiymətləndirib və onu Fələstin məsələsinə verdiyi dəstəyə görə alqışlayıb.

Bəyanatda həmçinin bu ifadələrə yer verilib: “İranlılar, bu dəstəyin ağır fədakarlıqlar tələb edəcəyini bilə-bilə Fələstin məsələsini dəstəkləməkdən vaz keçmədilər.”

İzzəddin əl-Qəssam Briqadaları İranın İsrailə endirdiyi zərbələri “qəhrəmanlıq addımı” kimi qiymətləndirib.
Bildirilib ki, Qəzzadakı fələstinlilər bu hücumları böyük qürur və şərəflə izləyirlər.

Qeyd edək ki, bu bəyanat İsrailin cümə günü İranda yerləşən obyektlərə endirdiyi hücumlardan sonra verilib.

İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar münaqişənin alovlanmasına səbəb olub və Tehranı cavab zərbələri endirməyə vadar edib.

2023-cü ilin oktyabr ayından bəri İsrailin mühasirə altındakı Qəzza zolağına endirdiyi zərbələr nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 55.400-dən çox fələstinli həyatını itirib.

İsrail hücumlar nəticəsində Qəzza zolağının böyük bir hissəsini dağıdıb, bölgənin demək olar ki, bütün əhalisini didərgin salıb. Rəsmi Təl-Əviv humanitar yardımın Qəzzaya daxil olmasına mane olub

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us