ABŞ prezidenti Donald Tramp 2022-ci ildə qəbul edilmiş və yarımkeçirici çiplərin istehsalı üçün 52,7 milyard dollar subsidiya ayıran iki tərəfli qanunun ləğvini təklif edib. O, bu vəsaitlərin dövlət borcunun azaldılmasına yönəldilməsini istəyib.
“Sizin CHIPS aktınız dəhşətli bir şeydir. Biz yüz milyardlarla dollar veririk, amma bunun heç bir mənası yoxdur. Onlar bizim pulumuzu alırlar və düzgün xərcləmirlər,” – deyə Tramp bu sözləri martın 4-də konqresdə çıxışı zamanı bildirib: “CHIPS aktını ləğv etməlisiniz və qalan vəsaiti, cənab sədr, borcun azaldılmasına yönəltməlisiniz.”
2022-ci ilin avqust ayında o vaxtkı prezident Co Bayden tərəfindən imzalanmış CHIPS və Elm Aktı ABŞ-da yarımkeçirici istehsalına və əlaqəli komponentlərə 39 milyard dollar subsidiya, həmçinin 75 milyard dollar hökumət kredit daxil edib.
Trampın bu qanuna qarşı çıxışı indiyə qədərki ən sərt tənqidlərindən biri olub. “Biz onlara pul vermək məcburiyyətində deyilik,” - deyə Tramp bildirib və əlavə edib ki, “yeni tariflərdən qaçmaq üçün onları ABŞ-da fabriklər tikməyə razı salmaq kifayət edir.
ABŞ Ticarət naziri Hovard Lutnik proqramı tərifləsə də, C.Bayden dövründə yekunlaşmış yazıları yenidən nəzərdən keçirmək istədiyini bildirib.
Bayden administrasiyası dövründə, o vaxtkı ticarət naziri Cina Raymondonun rəhbərliyi zamanı hökumət qrantları vasitəsilə beş qabaqcıl qlobal yarımkeçirici şirkəti ABŞ-da fabriklər qurmağa razı olub. Bu addım idxal olunan çiplərdən yaranan milli təhlükəsizlik risklərini azaltmaq məqsədi daşıyır.
Co Bayden jökumətinin son həftələrində Ticarət Nazirliyi 33 milyard dollardan çox məbləği yekunlaşdırıb. Bunlara Cənubi Koreyanın “Samsung Electronics” şirkətinə 4,745 milyard dollar, “İntel” üçün 7,86 milyard dollara qədər, Tayvan Yarımkeçirici İstehsalat Şirkətinə (TSMC) 6,6 milyard dollar və “Micron” üçün 6,1 milyard dollar daxildir.
Bəzi rəsmilər Trampın Bayden administrasiyası dövründə bağlanmış məcburi qrant müqavilələrini ləğv etmə fikrindən narahatlıqlarını ifadə edir.
Nyu-York qubernatoru Keti Hoçul bildirib ki, “Bu qanunun səbəbi “Micron” şirkətinin Mərkəzi Nyu-Yorka 100 milyard dollar və 50,000 iş yeri gətirmə fikridir.”
Birbaşa hücum
TSMC martın ilk həftəsi Donald Trampla birlikdə ABŞ-da 5 əlavə çip fabriki tikməyi nəzərdə tutan 100 milyard dollarlıq yeni investisiya planını elan edib. Lutnik 3 martda Ağ Ev tədbirində TSMC üçün 6,6 milyard dollarlıq məbləği xatırladıb, lakin departamentin TSMC-yə yeni subsidiyalar verməyi planlaşdırmadığını qeyd edib, baxmayaraq ki, şirkət 25 faiz istehsal investisiya vergi kreditinə uyğun gəlir.
TSMC fevralda bildirmişdi ki, artıq pulun 1,5 milyard dollarını alıb.
Nümayəndə Qreq Stanton Trampın şərhlərini “Arizona”nın yarımkeçirici sənayesinə və on minlərlə işçisinə birbaşa hücum” adlandırıb. O bildirib ki, TSMC-nin 100 milyard dollarlıq investisiyası bu qanun olmadan mümkün deyildi.