SİYASƏT
1 dəqiqə oxuma
"Sputnik Azərbaycan"da iki FSB agenti saxlanılıb
APA xəbər verir ki, "Sputnik Azərbaycan" agentliyinin ofisində Azərbaycan polisi tərəfindən keçirilən xüsusi əməliyyat zamanı Rusiya FSB-nin iki əməkdaşı saxlanılıb.
"Sputnik Azərbaycan"da iki FSB agenti saxlanılıb
Sputnik Azerbaycan / TRT Global
1 iyul 2025 г.

2025-ci ilin fevralında “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Əlavə məlumat veriləcək.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us