SİYASƏT
1 dəqiqə oxuma
Ayətullah Əli Xamenei Donald Trampın açıqlamasına münasibət bildirdi
İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın Tehrandakı nüvə obyektlərinə təşkil olunan hücumlarla bağlı açıqlamasına münasibət bildirib.
Ayətullah Əli Xamenei Donald Trampın açıqlamasına münasibət bildirdi
/ Reuters
30 iyun 2025 г.

Rəsmi ‘‘X’’ internet səhifəsində paylaşım edən Ayətullah Əli Xamenei deyib: "ABŞ prezidenti baş verənləri qeyri-adi şəkildə şişirtdi. Bu hücumla heç bir mühüm nəticə əldə etmədilər. Onun sözlərini eşidən hər kəs anlayır ki, pərdə arxasında tamam fərqli bir həqiqət dayanır. Əslində heç nə edə bilmədilər. İndi isə bu şişirtmələrlə gerçəkləri gizlətməyə çalışırlar."

Qeyd edək ki, ABŞ prezident Donald Tramp “Fox News” telekanalına müsahibəsində belə deyib:“İçəri girdik. Onların nüvə potensialını məhv etdik və dayandıq. Bu, gözəl bir şey idi. Çox gərgin 12 gün keçdi – çox, çox gərgin.”

İran Səhiyyə Nazirliyinin məlumatına görə, İran və İsrail arasında münaqişə iyunun 13-də İsrailin İranın hərbi, nüvə və mülki obyektlərinə hava zərbələri endirməsi ilə başlayıb. Münaqişə nəticəsində azı 606 nəfərin həlak olduğu, 5332 adamın da yaralandığı bildirilib.

Qüdsdə yerləşən İvrit Universitetinin məlumatına görə, rəsmi Tehran cavab olaraq İsrailə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Hücumlar nəticəsində ən azı 29 nəfər ölüb, 3400-dən çox adam da yaralanıb.

ABŞ-ın "Fordo", "Natanz" və "İsfahan" nüvə obyektlərini bombalaması münaqişənin alovlanmasına səbəb olub.

Xatırladaq ki, iyunun 24-də ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəs qüvvəyə minib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us