ABŞ Suriya İşçi Qrupunun növbəti görüşünə ev sahibliyi edib. Görüşdə Türkiyə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, ABŞ heyətinə isə dövlət katibinin müavini Kristofer Landau rəhbərlik ediblər. Görüşlərdə Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal və ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak da iştirak ediblər. Məlumata görə, Türkiyə və ABŞ nümayəndə heyətləri Suriyaya dair "ortaq prioritetləri" müzakirə ediblər.
Görüşlə bağlı yayımlanan birgə bəyanatda bildirilib ki, Türkiyə ilə ABŞ Suriyada sabitlik və təhlükəsizlik sahəsində əməkdaşlıq və koordinasiyanı hər iki ölkə prezidentlərinin ortaya qoyduqları iradə çərçivədə artırmaqda qərarlıdırlar.
''Türkiyə ilə ABŞ, sabit, ölkə daxilində və qonşu coğrafiyalarla barışıq bir Suriya baxışında həmfikirdirlər. Bu baxış ölkəsindən didərgin düşmüş milyonlarla suriyalının evlərinə qayıtmasına da şərait yaradacaq'',-deyə bəyanatda vurğulanıb
Bəyanatda həmçinin qeyd edilib ki, hər iki ölkə Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini bir daha təsdiq edir. Terror təşkilatlarına sığınacaq verməyən, sabit və birliyini qoruyan bir Suriya, regional təhlükəsizlik və rifah üçün mühüm töhfə verəcək.