Pakistan ordusunun açıqlamasına görə, Baş qərargah rəisi, feldmarşal Asim Munir və ABŞ Prezidenti Donald Tramp iyunun 18-də Ağ Evdə keçirilən görüşdə ticarət, iqtisadi inkişaf və kriptovalyuta mövzularını müzakirə etdilər.
Açıqlamada bildirilib ki, prezident Tramp Pakistanla uzunmüddətli strateji yaxınlıq və ortaq maraqlara əsaslanan qarşılıqlı faydalı ticarət tərəfdaşlığı qurmağa böyük maraq göstərdi və Munir və Tramp həmçinin İsrail və İran arasındakı mövcud gərginliklər barədə fikir mübadiləsi apardılar.
“Bir müharibənin qarşısını aldım”
ABŞ prezidenti Donald Tramp Pakistan ordusunun Baş qərargah rəisi feldmarşal Asim Muniri Hindistanla müharibənin qarşısını almaqda əsas rol oynadığına görə tərifləyərək deyib ki, bu gün feldmarşal Asim Muniri qəbul etmək mənim üçün böyük şərəf idi.
Görüş Kabinet Otağında keçirilib və mətbuat üçün bağlı olub.
“Mən onu müharibənin qarşısını almaqda kömək etdiyi üçün təşəkkür etmək məqsədilə dəvət etdim. Biz həmçinin Pakistanla potensial ticarət müqaviləsini və regional məsələləri — o cümlədən İran vəziyyətini müzakirə etdik”, deyə Tramq qeyd edib.
Tramp Cənubi Asiya rəqibləri arasında münaqişənin qarşısını almaqda öz rolunu bir daha vurğulayaraq deyib: “Onlar bir-birinə qarşı çıxırdılar və hər ikisi nüvə ölkəsidir. Mən iki böyük millət arasında müharibəni dayandırdım”.
Tramp həm feldgeneral Muniri, həm də Hindistanın Baş naziri Narendra Modini vəziyyəti sakitləşdirməkdə rol oynadıqlarına görə alqışlayaraq deyib ki, bu şəxs [Munir] Pakistan tərəfdən vəziyyəti sakitləşdirməkdə son dərəcə təsirli idi, Modi isə Hindistan tərəfdən.
Pakistanı sevirəm. Modi fantastik bir insandır. Dünən gecə onunla danışdım və Modi ilə bir ticarət müqaviləsi bağlayacağıq.
Ağ Evin müavini mətbuat katibi Anna Kelly daha sonra bildirib ki, görüşün səbəblərindən biri feldgeneral Munirin ictimaiyyətə son çıxışları olub. O, keçən ay Hindistan və Pakistan arasında “nüvə müharibəsinin qarşısını almaqda” Trampın roluna görə ona Nobel mükafatı verilməsini təklif etmişdi.