Trampın miqrasiya siyasətini yenidən formalaşdıra biləcək 225 illik qanun
ŞƏRHLƏR
4 dəqiqə oxuma
Trampın miqrasiya siyasətini yenidən formalaşdıra biləcək 225 illik qanunMüharibə dövründə xarici təhdidləri əhatə edən və az tanınan qanun indi ABŞ Prezidenti Donald Tramp tərəfindən onun müasir tətbiqi ətrafında müzakirələr doğurur.
Trampın miqrasiya siyasətlərini yenidən formalaşdıra biləcək 225 illik qanun / Reuters
19 mart 2025 г.

Trampın miqrasiya siyasətini yenidən formalaşdıra biləcək 225 illik qanun

Müharibə zamanı xarici təhdidləri hədəf almaq üçün istifadə edilən az tanınan bu qanun ABŞ prezidenti Donald Trampın müasir tətbiqi ilə müzakirə mövzusuna çevrildi.

Tramp İkinci Dünya Müharibəsindən sonra ilk dəfə istifadə edilən 18-ci əsrdə müharibə vaxtı qanunu olan "Alien Enemies Act"ı (Xarici düşmənlər qanunu) tətbiq etmək qərarını müdafiə etdi. Tramp bu qanundan Venesuelanın "Tren de Aragua" (TdA) dəstəsi ilə əlaqəsi olduğu iddia edilən şəxsləri deportasiya etmək üçün istifadə edir.

Vaşinqtondakı federal məhkəmə prezidentin lazımi prosedur olmadan əcnəbiləri deportasiya edə biləcəyi ilə bağlı kritik hüquqi mübarizə üçün zəmin yaradaraq, administrasiyaya yazılı arqumentlər təqdim etməyi əmr etdi.

Bu fövqəladə qərar xarici cinayətkar qruplaşmanı “işğalçı qüvvə” kimi qələmə verməklə kütləvi deportasiyalara haqq qazandırmağa çalışır. Lakin bu yanaşma həm hüquqi, həm də siyasi arenada sərt reaksiyalarla qarşılandı.

Trampın qəbul etdiyi bu qərardan sonra ABŞ-ın Bölgə hakimi Ceyms E. Boasberq deportasiyanı iki həftəliyinə dayandırdı. Ədliyyə Nazirliyi isə bu qərara dərhal etiraz etdi.

Fransa ilə müharibə gündəmdə olduğu zaman 1798-ci ildə hazırlanmış həmin qanundan ABŞ tarixində yalnız üç dəfə istifadə edilib: 1812-ci il Müharibəsi, Birinci Dünya Müharibəsi və yapon amerikalıların kütləvi həbs düşərgələrinə yerləşdirildiyi İkinci Dünya Müharibəsi zamanı.

ABŞ-ı təhdidlərdən və işğallardan qorumaq

Trampın sülh dövründə bu qanunu işə salması ciddi konstitusiya narahatlığına səbəb oldu. Bu tənzimləmə əcnəbi vətəndaşların miqrasiya və ya federal məhkəməyə müraciət etməsinə icazə verilmədən həbs və deportasiya etməyə imkan verir. Mövcud vəziyyət ənənəvi hüquqi təminatlardan ciddi şəkildə kənara çıxıldığını göstərir.

Martın 14-də Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) və "Democracy Fordward" Texasdakı miqrasiya mərkəzində saxlanılan beş venesuelalının adından təcili məhkəməyə müraciət etdi.

Martın 15-də hakim Boasberq deportasiya qərarını dayandıraraq, Tramp administrasiyasına ilk hüquqi problem yaratdı. Ədliyyə Nazirliyi məhkəməyə müraciət etdi.

Məhkəmənin nəticəsi Trampın əmrinin 1798-ci il tarixli qanununu müharibə dövrü kontekstindən çıxarıb-çıxarmamasından asılı olacaq. Hüquq ekspertləri bunun təhlükəli nümunə təşkil edə biləcəyini deyirlər.

Tramp öz sərəncamında TdA-nı “işğalçı qüvvə” kimi təsnif edərək dəstəni ABŞ ərazilərində “qanunsuz müharibə” aparan paramiliter struktur kimi təsvir etdi.

Tramp "1798-ci ildə qəbul edilən "Alien Enemies Act"ı işə salaraq hökumətə bütün federal və ştat hüquq-mühafizə orqanlarından xarici dəstələri və cinayət şəbəkələrini ABŞ ərazilərindən tamamilə təmizləmək üçün istifadə etməyə istiqamətləndirəcəyəm. Ali Baş Komandan kimi ölkəmizi təhdidlərdən və işğallardan qorumaqdan daha böyük məsuliyyətim yoxdur" dedi.

Lakin Nyu-York Universitetinin Hüquq Fakültəsinə bağlı Brennan Ədalət Mərkəzi Trampın qərarını “misilsiz səlahiyyətdən sui-istifadə” kimi pislədi və qanunun heç vaxt cinayət təşkilatları kimi qeyri-dövlət subyektlərini əhatə etmək üçün hazırlanmadığını vurğuladı.

Tramp dedi ki, sülh dövründə bu qanuna müraciət etməklə, ənənəvi miqrasiya qanunlarından yan keçmək lazımi prosesin kobud şəkildə pozulmasıdır.

Tramp administrasiyası tənqidlər fonunda El Salvador ilə razılığa gəlib Mərkəzi Amerika ölkəsi TdA-nın 300 üzvünü bir il müddətinə həbs etməyə razılaşdı.

Razılaşma ABŞ Dövlət katibi Marko Rubio ilə Salvador prezidenti Nayib Bukele arasında El Salvadordakı CECOT həbsxanalarında miqrantların saxlanmasına dair danışıqlardan sonra əldə olundu. Lakin bu həbsxanalar insan haqlarının pozulmasına görə beynəlxalq tənqid hədəfinə çevrildi.

Keçən ay Tramp administrasiyası TdA-nı və Latın Amerikasında yerləşən digər yeddi cinayət təşkilatını rəsmi olaraq “xarici terror təşkilatları” olaraq qəbul etdi.

Hüquqi nümunələr və qarşıda duran mübarizələr

Keçən ay Konqresə bağlı ictimai siyasət tədqiqat institutu olan Konqresin Tədqiqat Xidməti (CRS) hesabatında bildirdi ki, səlahiyyətlilər ABŞ-dakı dəstənin fəaliyyətinə “məhdud işğal” kimi yanaşmaq üçün xarici terror təşkilatı adından istifadə edə bilərlər.

Bu nəzəriyyə əvvəllər heç vaxt tətbiq olunmadı və məhkəmənin nəzarətinə məruz qalmadı.

TdA-nın məhkəmə müraciətində iddiaçılar Trump administrasiyasını məhkəmə qərarını pozmaqda ittiham edirlər. Müraciətdə məhkəmənin açıq şəkildə havada olan təyyarələrin ABŞ-a qayıtmalı olduğunu bildirdiyi, lakin administrasiyanın buna əməl etmədiyi irəli sürüldü.

Martın 16-da axşam verilən ərizədə iddiaçılar məhkəmədən "uçuşların vaxtı ilə bağlı birbaşa məlumatı olan məmurlardan and içmiş ifadələr almağı" xahiş etdilər.

Martın 17-də Vaşinqtonda federal hakim Tramp administrasiyasının həbsdə olan mühacirlərin deportasiyasını qadağan edən şənbə günü verdiyi sərəncamı pozub-pozmadığını araşdırmağa başladı.

Ali Məhkəmənin yekun qərarı verəcəyi gözlənilsə də, böyük sual qalır: prezident müharibə dövründəki səlahiyyətlərdən sülh dövründə birtərəfli qaydada istifadə edə bilərmi?

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us