SİYASƏT
1 dəqiqə oxuma
Türkiyә XİN rәhbәri H.Fidan Ankarada “Hәmas” nümayəndə heyəti ilə görüşüb
Türkiyə xarici işlər naziri H.Fidan Qəzzadakı soyqırımın unudulmasına imkan verilməyəcəyini bildirib
Türkiyә XİN rәhbәri H.Fidan Ankarada “Hәmas” nümayəndə heyəti ilə görüşüb
/ Others
5 saat əvvəl

Türkiyə XİN rәhbәri Hakan Fidan Fələstin müqavimət hərəkatı olan “Hәmas”ın şura məclisinin sədri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ankarada görüş keçirib. Bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələr yayıb.

İyulun 2-dә baş tutan görüşdə atəşkəs danışıqlarındakı son vəziyyət və Qəzzadakı humanitar hal müzakirə olunub.

Nazir H.Fidan Türkiyənin ilkin məqsədinin Qəzzada davam edən qətliamı dayandırmaq və humanitar yardımların bölgəyə tez bir zamanda çatdırılmasını təmin etmək olduğunu vurğulayıb.

O, bölgədə baş verən son gərginliklərin Qəzzada törədilən soyqırımın unudulmasına imkan verməyəcəyini bildirib.

H.Fidan həmçinin Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsün bir bütün olaraq Fələstinin ayrılmaz hissəsi olduğunu qeyd edərək, Türkiyənin Fələstin azadlıq əldə edənədək bu mübarizəni qətiyyətlə müdafiə edib dəstəkləməyə davam edəcəyini bəyan edib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us