SİYASƏT
1 dəqiqə oxuma
Zelenski Putinin bu ifadəsini müsbət qarşılayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən müharibənin dayandırılmasına dair verilən siqnalları məmnuniyyətlə qarşıladığını bildirərək, 12 may tarixində atəşkəslə başlanması planlaşdırılan sülh danışıqlarına hazır olduqlarını açıqlayıb
Zelenski Putinin bu ifadəsini müsbət qarşılayıb
Putin on Sunday proposed direct talks with Ukraine on May 15 in Istanbul. / Reuters
11 may 2025 г.

Zelenski mayın 11-də “X” platformasında paylaşım edərək, Ukraynanı viran qoyan və uzun müddətdir dünya ictimaiyyətinin gündəmində olan bu münaqişənin gedişində baş verən inkişafın dönüş nöqtəsi ola biləcəyini qeyd edib və vəziyyəti “müsbət bir siqnal” kimi dəyərləndirib. “Rusyanın nəhayət müharibəni dayandırmağı düşünməyə başlaması müsbət siqnaldır,” – deyə o vurğulayıb.

Bütün dünyanın bu münaqişənin sona çatmasını gözlədiyini bildirən Zelenski, “Hər bir müharibənin sona çatmasının ilk addımı atəşkəsdir,” – deyə əlavə edib. O həmçinin bildirib ki, “Rusiyanın 12 may tarixindən etibarən tam, daimi və etibarlı atəşkəsi təsdiqləyəcəyini gözləyirik və Ukrayna buna hazırdır.”

ABŞ Prezidenti Donald Tramp isə “Truth Social” sosial media platformasında verdiyi açıqlamada atəşkəsin həyata keçirilməsi üçün hər iki tərəflə işləməyə davam edəcəyini bəyan edib.

İstanbul razılaşması

“İnterfaks” xəbər agentliyindən verilən məlumata istinadən, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov mayın 11-də verdiyi açıqlamada bildirib ki, Prezident Vladimir Putin tərəfindən təklif olunan Rusiya–Ukrayna sülh danışıqları həm cəbhədəki hazırkı vəziyyəti, həm də 2022-ci ildə aparılmış danışıqları nəzərə alacaq.

Qeyd edək ki, V. Putin mayın 11-də verdiyi açıqlamada 15 may tarixində İstanbulda Ukrayna ilə birbaşa danışıqların keçirilməsini təklif edib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us