DÜNYA
2 dəqiqə oxuma
İsrail "Madleen" gəmisindəki fəalların deportasiya edilmək üçün hava limanında olduğunu bildirdi
İsrail Xarici İşlər Nazirliyi bildirib ki, bəzi fəalların bir neçə saat ərzində hava limanını tərk etməsi gözlənilir
İsrail "Madleen" gəmisindəki fəalların deportasiya edilmək üçün hava limanında olduğunu bildirdi
Madleen gəmisi / Reuters
20 saat əvvəl

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, bəzi fəalların bir neçə saat ərzində hava limanını tərk etməsi gözlənilir.

İsrail Xarici İşlər Nazirliyi gəmidəki fəalların Qəzzaya humanitar yardım aparan gəmini dayandırdıqdan sonra deportasiya edilmək üçün hava limanına gətirildiyini bildirib.

Nazirlik iyunun 10-u səhər tezdən verdiyi açıqlamada mühasirədə olan Qəzzaya həyati əhəmiyyətli humanitar ləvazimatlar daşıyan "Madleen" gəmisindəki könüllülərin öz ölkələrinə qayıtmaq üçün İsraili tərk edərək "Ben Qurion" hava limanına gəldiyini açıqlayıb.

Açıqlamada könüllülərdən bəzilərinin yaxın bir neçə saat ərzində ölkəni tərk etmələrinin gözlənildiyi qeyd edilib. “Deportasiya sənədlərini imzalamaqdan imtina edənlər və İsraili tərk edənlər İsrail qanunlarına uyğun olaraq deportasiyasını təsdiqləmək üçün məhkəmə qarşısına çıxarılacaqlar”, - deyə açıwlamada qeyd olunub.

Nazirlikdən həmçinin bildirilib ki, hava limanında sərnişinlərin gəldiyi ölkələrin konsulları onları qarşılayıb.

İsrail qüvvələri iyunun 9-u səhər tezdən gəmini ələ keçirərək, gəminin mühasirəyə alınmış bölgəyə kritik yardım çatdırmaq missiyasını pozub.

Yardım gəmisində Avropa Parlamentinin fransız-fələstinli üzvü Rima Həsən də daxil olmaqla 12 nəfərlik ekipaj olub.

Yardım missiyasına 11-i fəal və bir jurnalist olmaqla 12 nəfər daxil idi.

Gəmidəki fəallar arasında Almaniyadan Yasemin Acar, Baptiste Andre, Paskal Maurieras, Fransadan Yanis Mhamdi və Reva Viard, Braziliyadan Tiaqo Avila, Türkiyədən Şuayb Ordu, İspaniyadan Sergio Toribio, Hollandiyadan Marko van Rennes və Əl-Cəzirədən fransız jurnalist Omar Faiad var.

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı deyib: “Məncə, İsrail Qreta Tunberqi qaçırmazdan əvvəl kifayət qədər problemi var”.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin “Madleen” gəmisinə müdaxiləsi ilə bağlı açıqlama yayıb. Nazirlik açıqlamasında bildirib ki, müdaxilə beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Nazirlik İsrailin bir terror dövləti olduğunu bir daha sübut etdiyini bildirib. Açıqlamada, beynəlxalq ictimaiyyətin haqlı etirazlarının davam edəcəyi vurğulanıb.

Xarici İşlər Nazirliyi İsrailin hücumları ilə beynəlxalq hüququ pozduğunu və gəminin müdaxilə zamanı beynəlxalq sularda olduğunu diqqətə çatdırıb. Nazirlik bildirib ki, bu müdaxilə dəniz təhlükəsizliyini də təhdid edir.

Nazirliyin açıqlamasında “Madleen” gəmisində Türk vətəndaşlarının da olduğu qeyd olunaraq aşağıdakı ifadələr yer alıb:

“Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan və içərisində vətəndaşlarımızın da olduğu “Madleen” adlı gəminin beynəlxalq sularda hərəkətdə olduğu vaxt İsrail qüvvələri tərəfindən müdaxiləyə məruz qalması, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Netanyahu hökumətinin dəniz təhlükəsizliyi və naviqasiya azadlığını təhdid edən bu alçaq hücumu, İsrailin bir daha terror dövləti olduğunu sübut etmişdir.

Aclığı silah kimi istifadə edən və humanitar yardımların çatdırılmasına mane olan İsrailin soyqırım siyasətinə qarşı beynəlxalq ictimaiyyətin haqlı etirazı davam edəcək. İsrailin təcavüzkar və hüquq tanımayan davranışı, insanlıq dəyərlərini müdafiə edən səsləri susdura bilməyəcək.”

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us