5 iyun 2025 г.
Prezident Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin verdiyi məlumata görə, prezidentlər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Bildirilib ki, Ərdoğan qarşıdakı dövrdə Türkiyə ilə İran arasındakı əlaqələrin institusional çərçivəsini gücləndirmək üçün işləri davam etdirəcəklərini vurğulayıb.
Prezidentlər bir-birilərini qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik ediblər.