DÜNYA
2 dəqiqə oxuma
CENTCOM: ABŞ Yəmənin "əməliyyat"la bağlı detallarını gizlədir
ABŞ prezidenti Donald Tramp Husi qruplaşmasına qarşı “qətiyyətli və güclü hərbi əməliyyat” əmrini verib və daha sonra “onları məhv etməklə” hədələyib
CENTCOM: ABŞ Yəmənin "əməliyyat"la bağlı detallarını gizlədir
Since the start of Operation Rough Rider, it said the US military has struck over 800 targets. / AA
28 aprel 2025 г.

ABŞ prezidenti Donald Tramp Husi qruplaşmasına qarşı “qətiyyətli və güclü hərbi əməliyyat” əmrini verib və daha sonra “onları məhv etməklə” hədələyib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndəki əməliyyatları ilə bağlı konkret təfərrüatları açıqlamayacağını bildirib.

Komandanlığın açıqlamasında "Əməliyyat təhlükəsizliyini qorumaq üçün davam edən və ya gələcək əməliyyatlarımızın təfərrüatlarının açıqlanmasını bilərəkdən məhdudlaşdırdıq. Əməliyyat sahəsindəki yanaşmamızda çox şüurluyuz, lakin nə etdiyimiz və ya nə edəcəyimizin təfərrüatlarını açıqlamayacağıq" deyilib.

Açıqlamada martın 15-dən bəridir ABŞ qüvvələrinin naviqasiya azadlığını və Amerikanın çəkindiriciyilini bərpa etmək məqsidələ Yəməndəki Husi qruplaşmasını hədəf alan “intensiv və davamlı” kampaniya yürütdüyü bildirilib və əməliyyatların husilərə qarşı “ölümcül təsirləri” olduğu vurğulanıb.

“Onlar naviqasiya azadlığına mane olmağa davam etdikcə, biz təzyiqi artırmağa və husilərin imkanlarını daha da parçalamağa davam edəcəyik”, -deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, ABŞ ordusu “Rough Rider” əməliyyatı başlayandan bəri 800-dən çox hədəfi vurub.

ABŞ prezidenti Donald Tramp keçən ay verdiyi açıqlamada Husi qruplaşmasına qarşı “qətiyyətli və güclü hərbi əməliyyat” əmri verdiyini və daha sonra “onları məhv etməklə” hədələdiyini bildirib.

Husilər İsrailin 18 aydan çox davam edən amansız hücumunda 52 mindən çox insanın həyatını itirdiyi Qəzzada fələstinlilərlə həmrəylik məqsədilə 2023-cü ilin noyabr ayından etibarən Qırmızı və Ərəb dənizləri, Bab əl-Məndəb boğazı və Ədən körfəzindən keçən gəmiləri hədəfə alır.

Yanvar ayında Qəzzada İsrail ilə Fələstinin HƏMAS müqavimət qrupu arasında atəşkəs elan edildikdən sonra hücumlarını dayandıran qrup, İsrailin ötən ay Qəzzaya hava hücumlarını bərpa etməsindən sonra hücumlarını bərpa edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us