İran Avropa ölkələrini xəbərdar edib ki, əgər onlar İAEA-nın İranın yüksək səviyyədə zənginləşdirilmiş uran istehsalını artırdığını göstərən “qondarma hesabat”ından istifadə etsələr, buna cavab tədbirləri görəcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) hesabatına əsasən, İran 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatını kəskin şəkildə artırıb. Bu, atom silahları üçün tələb olunan təxminən 90 faiz səviyyəsinə çox yaxındır.
İAEA-nın məxfi hesabatına görə, İranın zənginləşdirilmiş uran ehtiyatı 2015-ci ildə dünya qüvvələri ilə əldə edilmiş tarixi razılaşma ilə icazə verilən həddi 45 dəfə keçir və təxminən 9247,6 kiloqramdır.
Nüvə nəzarətçisi hesabatı
Avropa üçlüyü xəbərdarlıq edib ki, əgər İranın nüvə proqramı qitənin təhlükəsizliyini təhdid edərsə, onlar sanksiyaları yenidən tətbiq edə bilərlər.
İranın Xarici işlər naziri Abbas Əraqçi mayın 31-də İAEA rəhbəri Rafael Qrossi ilə telefonda danışaraq bildirib: "Böyük Britaniya, Fransa və Almaniyanın 2015-ci il razılaşmasına qarşı hər hansı uyğunsuz hərəkətinə İran cavab verəcək. Hesabatdan siyasi məqsədlərini irəli sürmək üçün istifadə edən tərəflərin qarşısı alınmalıdır. İAEA hesabatını qəbul etmirik və bu addımı İranın illərdir davam edən nüvə fəaliyyətini məhdudlaşdırmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndiririk. İran nüvə silahı əldə etmək niyyətində deyil və uranın mülki enerji istehsalı üçün lazım olduğunu bildirir”.