İran hökuməti ABŞ-ın iranlılara və o cümlədən, 11 Yaxın Şərq və Afrika ölkələsi vətəndaşına tətbiq etdiyi səyahət qadağasını pisləyərək Vaşinqtonun qərarını "irqçi düşüncə tərzinin göstəricisi” adlandırıb.
İran Xarici İşlər Nazirliyinin Xaricdə Yaşayan İranlılarla İş Üzrə Komitəsinin Baş direktoru Əlirza Haşemi-Raca 9 iyun tarixindən qüvvəyə minəcək bu fərmanı "Amerika siyasətçiləri arasında üstünlükçü və irqçi düşüncə tərzinin hakimiyyətinin açıq göstəricisi" adlandıraraq deyib: “Qərar Amerika qərar qəbul edənlərinin İran və müsəlman xalqlarına qarşı dərin düşmənliyini göstərir. Bu siyasət yalnız milliyyət və dininə görə yüz milyonlarla adamı səyahət hüququndan məhrum etməklə beynəlxalq hüququn əsas prinsiplərini. Rəsmi qadağa ayrı-seçkilik xarakterlidir və ABŞ hökuməti üçün beynəlxalq məsuliyyət yaradacaq."
Trampın səyahət qadağası
ABŞ prezidenti Donald Trampın verdiyi sərəncam onlarla dövlət vətəndaşının Birləşmiş Ştatlara girişinə yasaq qoyur və bir neçə ölkəyə əlavə məhdudiyyətlər tətbiq edir.
4 iyun 2025-ci il tarixli fərman 9 iyun saat 12:01-dən qüvvəyə minəcək. Tam giriş qadağası tətbiq olunan ölkələr bunlardır: Əfqanıstan, Birma (Myanma), Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən. Bundan əlavə, sərəncam Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına qarşı daha sərt məhdudiyyətlər tətbiq edir.
Amerika Birləşmiş Ştatları İran xaricində ən çox iranlının olduğu yerdir. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ildə ABŞ-da təxminən 1,5 milyon iranlı olub.
Qeyd edək ki, İran və ABŞ diplomatik əlaqələri 1979-cu il İslam İnqilabından az sonra kəsilib və o vaxtdan bəri münasibətlər ciddi şəkildə gərgin olaraq qalır.