SİYASƏT
1 dəqiqə oxuma
Malidə silahlı hücum zamanı üç Hindistan vətəndaşı qaçırılıb
Hindistan rəsmiləri hadisə ilə bağlı Mali hökuməti ilə əlaqə saxladıqlarını bildiriblər
Malidə silahlı hücum zamanı üç Hindistan vətəndaşı qaçırılıb
/ AP
6 saat əvvəl

Hindistan Xarici İşlər Nazirliyi (XİN) bu həftə Qərbi Afrika ölkəsi Malidə baş verən silahlı hücumlar zamanı bir sement zavodunda işlәyәn üç Hindistan vətəndaşının qaçırıldığını təsdiqləyib.

Nazirliyin iyulun 1-dә verdiyi açıqlamada qeyd olunub ki, Kayes şəhərində yerləşən “Diamond” sement zavoduna silahlı şəxslərdən ibarət bir qrup tərəfindən hücum təşkil olunub və bu vaxt üç hindistanlı vətəndaş zorla girov götürülüb.

Bəyanatda Hindistanın paytaxt Bamakodakı səfirliyinin həm Mali hökuməti, həm də qaçırılan vətəndaşların ailələri ilə davamlı və sıx əlaqə saxladığı bildirilib.

Hindistan tərəfi hücumda iştirak edən şəxslərlә birbaşa əlaqə qurulub-qurulmadığı barədə məlumat verməyib. Lakin 2025-ci il iyulun 1-dә Malinin Qərb və mərkəzi bölgələrində bir sıra hərbi və hökumət obyektlərinin terrorçular tərəfindən hücuma məruz qaldığı vurğulanıb.

Qeyd edək ki, Mali 2012-ci ildən bəri ölkənin şimalında başlayan və zamanla bütün əraziyə yayılan, həmçinin qonşu Burkina-Faso və Nigerə də təsir edən terror fəaliyyətləri ilə mübarizə aparır.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us