DÜNYA
1 dəqiqə oxuma
ÜST: ''İsrailin Nasser xəstəxanasına hücumu Qəzzanın səhiyyə sistemini pisləşdirdi''
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri İsrailin bazar günü Qəzzanın cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasına hücumunun bölgənin səhiyyə sistemini daha da pisləşdirdiyini bildirib.
ÜST: ''İsrailin Nasser xəstəxanasına hücumu Qəzzanın səhiyyə sistemini pisləşdirdi''
Israel Palestinians
26 mart 2025 г.

Rəsmi ''X'' internet səhifəsində paylaşım edən Tedros Adhanom Qebreyesus deyib: "İsrailin törətdiyi hücum cərrahiyyə şöbəsinə ciddi ziyan vurub. Hücum nəticəsində iki nəfər ölüb, səkkiz nəfər də yaralanıb. Hücum onsuz da ağır vəziyyətdə olan səhiyyə sisteminin daha da pisləşdirib".

Qebreyesus ÜST-nin bütün əsirlərin azad edilməsi və atəşkəsin bərpası ilə bağlı çağırışını təkrarlayaraq "Səhiyyə xidməti hədəf alınmamalı, qorunmalı və hərbi məqsədlər üçün istifadə edilməməlidir" deyib.

Fələstin Səhiyyə Nazirliyinin bazar günü verdiyi açıqlamada İsrail ordusunun Qəzzanın cənubundakı xəstəxananı bombalaması nəticəsində azı iki fələstinlinin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilib. Hücum zamanı xəstəxananın cərrahiyyə şöbəsinin hədəf alındığı, öldürülənlərdən birinin 16 yaşında, digərinin isə kimliyi açıqlanmayan fələstinli olduğu qeyd olunub. Xəsarət alanlar arasında xəstələr və tibb işçiləri də var.

Yanvar ayında qüvvəyə minən atəşkəs və əsir mübadiləsi razılaşmasına baxmayaraq, martın 18-də İsrail ordusu Qəzzaya qəfil hava hücumu təşkil edib, nəticədə azı 730 nəfər ölüb, təxminən 1200 nəfər yaralanıb.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us