27 may 2025 г.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan mayın 26-da Rusiyanın paytaxtı Moskva şəhərində ölkə prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. Görüş yerli vaxtla saat 19:30-da başlayıb və təxminən bir saat davam edib. Söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı müharibəni dayandırmaq məqsədilə son təşəbbüslər və 16 mayda İstanbulda keçirilən sülh danışıqlarından sonra baş verən hadisələr müzakirə olunub.
Putin və Fidan həmçinin iqtisadiyyat və enerji sahələrində ikitərəfli məsələləri də müzakirə ediblər.
Türkiyə naziri Moskvada Ukrayna ilə danışıqların baş müzakirəçisi Vladimir Medinski ilə də görüşüb.