SİYASƏT
2 dəqiqə oxuma
İran və ABŞ ən qısa zamanda altıncı nüvə danışıqlarına hazırlaşır
Tərəflər yüksək səviyyəli danışıqlara yaxın uranın zənginləşdirilməsi məsələsində çıxılmaz vəziyyətdə görünürlər
İran və ABŞ ən qısa zamanda altıncı nüvə danışıqlarına hazırlaşır
Iran says new round of US talks planned for Sunday / Reuters
11 iyun 2025 г.

  İran və ABŞ arasında altıncı nüvə danışıqları raundunun 15 iyunda keçirilməsi planlaşdırılır. Tərəflər yüksək səviyyəli danışıqlara yaxın uranın zənginləşdirilməsi məsələsində çıxılmaz vəziyyətdə görünürlər.

  Bu xəbər Avropa ölkələri və ABŞ-ın İran üzərinə təzyiqi artırmaq məqsədilə BMT-nin nüvə nəzarət orqanına tənqid qərarını verməsi fonunda gəldi. Rəsmi Tehran xəbərdarlıq edib ki, bu addımlar vəziyyəti daha da gərginləşdirə bilər.

  ABŞ-ın son layihəsinə qarşı təklif irəli sürəcək İran Birləşmiş Ştatları nüvə proqramına məhdudiyyətlər müqabilində sanksiyaların ləğvini təmin etmədiyi üçün tənqid edib.

  “İran-ABŞ dolayı danışıqlarının növbəti raundu iyunun 15-də Omanın paytaxtı Maskatda planlaşdırılır,” - İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai deyib.

  Danışıqların əvvəlki raundlarına da ev sahibliyi edən Oman şərh verməyib. ABŞ isə danışıqların erkən ola biləcəyini bəyan edib.  

  Xatırladaq ki, 2025-ci ilin aprelindən bəri tərəflər beş raund danışıq aparıblar.

  ABŞ prezidenti Donald Tramp bildirib ki, növbəti görüş iyunun 12, 13, ya 14-də gözlənilir.

  İranın baş müzakirəçisi, Xarici işlər naziri Abbas Əraqçi 12 iyunda Norveçdə keçiriləcək illik Oslo Forumunda iştirak edəcək.

  31 mayda beşinci raunddan sonra İran hökuməti bildirmişdi ki, ABŞ-dan gələn təklifdə “aydın olmayan məqamlar” var. Çünki təklif əvvəlki danışıqlarda qaldırılan məsələləri, o cümlədən sanksiyaların ləğvini nəzərdə tutmur. Halbuki İran illərdir sanksiyaların ağırlığından əziyyət çəkir.

ABŞ və İranın maraqları

  D.Tramp bildirib ki, növbəti raund danışıqları hərbi müdaxilənin qarşısını almaq üçün nüvə müqaviləsinin mümkün olub-olmadığını aydınlaşdıra bilər. Əsas mübahisə nöqtəsində Tehran uranın zənginləşdirilməsi hüququnu qeyd-şərtsiz müdafiə edib, Vaşinqton isə İranın hər hansı zənginləşdirməsini “qırmızı xətt” adlandırıb.

  Hazırda İran uranı 60 faiz səviyyəsinə qaldırıb ki, bu da 2015-ci il razılaşmasında müəyyən edilmiş 3,67 faiz həddindən çoxdur.

  Qərb ölkələri, o cümlədən ABŞ və onun müttəfiqi İsrail uzun müddətdir İranı atom silahı əldə etməyə çalışmaqda ittiham edir. Rəsmi Tehran isə nüvə proqramının dinc məqsədlər üçün olduğunu deyir.

 

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us