Yeni təyin olunmuş prezident və uzun müddətdir gecikən bələdiyyə seçkiləri siyasi sabitlik üçün ümidləri yenidən canlandırıb. Lakin beynəlxalq donorlar bir şərti getdikcə daha aydın şəkildə vurğulayır: Livan Hizbullahın silahlı varlığı məsələsini həll etmədikcə, əhəmiyyətli yenidənqurma yardımı almayacaq.
On illərdir ki, İran tərəfindən dəstəklənən bu hərbi və siyasi qrup Livanın müharibə və sülh qərarlarına böyük təsir göstərib. Lakin bu gün Hizbullah misli görünməmiş bir zəiflik və həssaslıq vəziyyətindədir. İsrailin cənubdakı Litani çayı ətrafında Livan ordusu qrupun arsenalını məhv edən hücumlarını davam etdirir və əvvəllər Hizbullahın möhkəmlənmiş mövcudluğu səbəbindən əlçatmaz olan ərazilərdəki hərbi bazaların çoxuna yenidən nəzarəti bərpa edib.
Son illər Hizbullahın silahlarını təhvil verməsi çağırışları Livanda daha da güclənib, xüsusilə partiyanın Suriya, Yəmən və İraqdakı xarici münaqişələrdə iştirakı səbəbindən. Bir çoxu hesab edir ki, Hizbullah milislərinin yolunu kəsmək vaxtı çatıb.
Livan Qüvvələri Partiyasının media rəhbəri Şarl Cabbur bu itkilərin daha böyük bir dəyişikliyin bir hissəsi olduğunu düşünür: “Hizbullah əvvəllər silahlarının İsraili çəkindirdiyini iddia edirdi. Amma indi əksini görürük: onun mövcudluğu İsrailin daha dərin müdaxilələrinə səbəb olub.
2023-cü ilin oktyabrında Hizbullah və İsrail arasında baş verən gərginlik Livanın cənub bölgələrini məhv edib, təxminən 40 faizdən çox yaşayış məskənini – 163 mindən çox mənzili dağıdıb, infrastruktura 1 milyard dollardan çox ziyan vurub. 2006-cı il müharibəsindən fərqli olaraq, xarici yardım azalıb. ABŞ da daxil olmaqla, bir neçə Qərb dövləti yardımı Hizbullahın silahsızlaşdırılmasına bağlayıb”.
Bir vaxtlar regional ittifaqlarla, o cümlədən Suriyadakı Əsəd rejimi ilə güclənən Hizbullah indi dəyişmiş bir mühitdə fəaliyyət göstərir. Əsas müttəfiqlər zəifləyib və ya təcrid olunub, ona həm Livan fraksiyaları, həm də beynəlxalq ictimaiyyətdən diplomatik təzyiq artır.
Son proseslər Hizbullahın həm hərbi, həm də siyasi baxımdan zəiflədiyini göstərir. Müşahidəçilər qrupun Livanın cənubunda azalmasını və strateji ərazilərdən məhdud çəkilmələrini yaxşı qiymətləndirsə də, bu addımları səmimi qəbul edə bilmir.
Jurnalist Alen Sarkis deyir: “Bunlar güzəştlər deyil, taktiki gecikmələrdir. Hizbullah təzyiq altındadır, lakin hələ də təsirini necə qoruyacağını hesablayır.
BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi Livanın cənubunda tərk-silahı tələb edir, lakin nə vaxtdır icra yoxdur. ABŞ-İran pərdəarxası danışıqları Hizbullahın gələcək rolu ilə bağlıdır.
Gizli diplomatik anlaşmalar ola bilər. Amma onlar məcburi olmadıqca, Hizbullahın hərbi mövcudluğu Livanın suverenliyini pozmağa davam edəcək”.
Hizbullahın rəhbərliyi isə ictimaiyyət qarşısında inadkarlığını qoruyur. Partiyanın sədr müavini Naim Qasim yaxınlarda verdiyi açıqlamada silahsızlaşdırma fikrini “qəbuledilməz”, qrupun silahlarını isə “müdafiə strategiyasının əsas elementi” adlandırıb.
Siyasi analitik Əli Sbaiti qeyd edir ki, Hizbullah özünü təhlükəsizlik təminatçısı kimi təqdim etsə də, bu arqument artıq ictimai və siyasi dəstəkdən məhrumdur: “Dövlətin öz xalqını qorumaq üçün çox zəif olduğunu iddia etmək artıq keçərli bəhanə deyil. Qrupun dövlət nəzarətindən kənar silahlı bir varlıq kimi mövcudluğu struktur problemdir, həll deyil.”
ABŞ-ın xüsusi elçisi Morqan Ortaqus “gələcək yardımların tərk-silah istiqamətində konkret addımlardan asılı olduğunu” vurğulayıblar.
Hizbullah dövlət strukturlarına qismən inteqrasiya olunma təklifi irəli sürüb. Lakin bunlar geniş şəkildə vaxt qazanmaq üçün taktiki manevrlər olaraq qəbul edilir, əsl islahatlar kimi deyil.
“Onlar siyasi partiya deyil, öz hərbi struktur və ideologiyalarına sahib milisdirlər, dövlətə uyğunlaşa bilməzlər”, - Əli Sbiati.
Hazırkı qarşıdurma təkcə daxili Livan müzakirəsini əks etdirmir, həm də regional hesablamalar, qaz kəşfiyyatı müqavilələri və Qərbin enerji təhlükəsizliyi maraqları ilə bağlıdır. Lakin Livan hökuməti üçün əsas məsələ aydındır: dövlət səlahiyyətindən kənarda fəaliyyət göstərən silahlı bir fraksiya bərpa və uzunmüddətli sabitliyə mane olur.
Hələlik, tərk-silahla bağlı müzakirələr arzuolunan olaraq qalır. Lakin hərbi məğlubiyyətlər, diplomatik təcrid və iqtisadi çöküşün birləşməsi yeni bir mərhələnin başlanğıcını göstərə bilər.
Livan gələcəyi uğrunda mübarizə apararkən, artıq sual Hizbullahın tərk-silah edilib-edilməməsi deyil, ölkənin daha çox gecikməsidir.