SİYASƏT
1 dəqiqə oxuma
Putin Qəzzada Rusiya vətəndaşını azad etdiyi üçün “humanitar hərəkətə” görə HƏMAS-a təşəkkür edib
Putinin bu addımı ABŞ və İsrailin HƏMAS-ın girovları azad etməkdən imtinası ilə bağlı iddialarına ziddiyət təşkil edir. Bunu girovların özləri də təkzib ediblər
Putin Qəzzada Rusiya vətəndaşını azad etdiyi üçün “humanitar hərəkətə” görə HƏMAS-a təşəkkür edib
Russian news agencies said Putin also presented flowers to Trufanov's mother, Elena, and his fiancee, Sapir Cohen, who were also among some 250 hostages. / Reuters
17 aprel 2025 г.

Rusiya prezidenti Vladimir Putin Qəzzadakı Fələstin ərazisindən bir rus vətəndaşının azad edilməsindən sonra HƏMAS-a təşəkkür edib.

Kremldə bu yaxınlarda azad edilmiş Rusiya vətəndaşı Aleksandr Trufanov və ailəsi ilə görüşən Putin çərşənbə günü bildirib ki, onun azad edilməsi Rusiyanın Fələstin xalqı ilə uzunmüddətli münasibətləri ilə əlaqəlidir.

“Əlbəttə, biz əlimizdən gələni edəcəyik ki, oxşar uğurları tez-tez təkrar edək və bu cür çətinliklərlə üzləşənlərin azadlığını təmin edək”, - Putin bildirib.

Trufanovla görüşdə "Düşünürəm ki, HƏMAS-ın siyasi rəhbərliyinə bizim çağırışımıza qulaq asdığına və bu humanitar hərəkəti həyata keçirdiyinə görə təşəkkür etməliyik, siz azad olunmusunuz. Buna görə sizi təbrik etmək istəyirəm", - deyə ölkə başçısı əlavə edib.

 

ABŞ və İsrailin ikiüzlülüyü

Həftənin əvvəlində İsrail əsilli amerikalı girov Edan Alexander prezident Donald Trampı Netanyahunun yalanlarına inandığına görə tənqid edib.

"Hamı yalan danışdı: mənim xalqım, İsrail hökuməti, hərbçilər və ABŞ administrasiyası", - Aleksandr deyib.

O, əlava edib ki, HƏMAS bir neçə həftə əvvəl girovları azad etməyə hazır idi, lakin Netanyahu bundan imtina etdi və atəşkəs rejiminə son qoyaraq müharibəni yenidən başlatmağa qərar verdi.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us