DÜNYA
1 dəqiqə oxuma
Pakistanda binanın çökməsi nəticəsində 14 nəfər ölüb
Pakistanda çoxmərtəbəli binanın çökməsi nəticəsində çox sayda adam həyatını itirib
Pakistanda binanın çökməsi nəticəsində 14 nəfər ölüb
/ AFP
11 saat əvvəl

Pakistanda beşmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 14 nəfərə yüksəlib. Axtarış-xilasetmə əməliyyatları fasiləsiz şəkildə davam etdirilir.

Hadisənin Kəraçi şəhərinin Lyari rayonunda baş verdiyi bildirilir. Dövlətə məxsus 1122 xilasetmə xidmətinin rəhbəri Abid Cəlaləddin Şeyx AFP-yə açıqlamasında xilasetmə əməliyyatlarının gecə boyu davam etdiyini bildirib.

Kəraçidəki xəstəxananın polis əməkdaşı Summiya Sayed isə ölənlərin sayının 14-ə çatdığını bildirib. O, hadisə nəticəsində həmçinin 13 nəfərin yaralandığını qeyd edib.

Yerli polis orqanlarının məlumatına görə, çökmüş binada təxminən 100 nəfər yaşayırmış.

70 yaşlı sakin Jumho Maheşvari ailəsinin altı üzvünün dağıntılar altında qaldığını bildirib. Digər sakin Maya Şam Je isə qardaşının ailəsinin də uçqun altında olduğunu bildirib.
“Biz çarəsizik və sadəcə xilasetmə qruplarının yaxınlarımızı dağıntılar altından çıxarmasını gözləyirik”,-deyə Maya Şam Je adlı sakin bildirib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us