DÜNYA
1 dəqiqə oxuma
BMT: Mart ayından bəri Qəzzada 600-ə yaxın uşaq öldürülüb
UNRWA bölgədəki humanitar böhranın 2023-cü ilin oktyabrından bəri ən pis həddə çatdığını bildirib
BMT: Mart ayından bəri Qəzzada 600-ə yaxın uşaq öldürülüb
Fələstənli uşaqlar / Reuters
22 aprel 2025 г.

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ötən aydan bəri İsrailin Qəzzaya hücumları nəticəsində 600-ə yaxın uşağın öldüyünü açıqlayıb.

Aprelin 21-də UNICEF-in açıqladığı rəqəmlərə istinadən UNRWA bildirib ki, İsrail martın 18-də hücumlarını bərpa etdikdən sonra 1600-dən çox uşaq yaralanıb.

Agentlik “Qəzza zolağındakı humanitar böhran, ehtimal ki, 2023-cü ilin oktyabrından bəri ən pis nöqtəsinə çatıb”, -deyə bildirib.

Martın 18-də Qəzzaya ölümcül hücumlarını bərpa edən İsrail ordusu həmin tarixdən bəri 1864 nəfəri öldürüb, 4900-ə yaxın insanı yaralayıb. Bu hücumlar yanvar ayında qüvvəyə minən atəşkəs və girov mübadiləsi razılaşmasına baxmayaraq baş verib.

2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzaya vəhşicəsinə hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 51.200-dən çox fələstinli həyatını itirib.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətdiyinə görə həbs olunmasına order verib.

İsrail də müharibə ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə qarşı-qarşıyadır.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us