DÜNYA
1 dəqiqə oxuma
Hindistanın Pakistana hücumu nəticəsində ölənlər olub, binalar dağılıb
Hindistan raketləri gecə boyu Pakistan və bu ölkənin nəzarətində olan Kəşmirdə şəhər və məscidlərə zərbə endirib.
Hindistanın Pakistana hücumu nəticəsində ölənlər olub, binalar dağılıb
Hindistanın Pakistana hücumu / AP
7 may 2025 г.

Hindistan raketləri gecə boyunca Pakistan və Pakistanın nəzarətində olan Kəşmir ərazisində şəhərləri və məscidləri vurub.

Pakistanlı rəsmilərə görə, son illərdəki ən ciddi gərginliklərdən birində Hindistan Pakistan və Pakistanın nəzarətində olan Kəşmirin altı fərqli nöqtəsinə bir neçə zərbə endirərək, aralarında uşaqların da olduğu mülki şəxsləri öldürüb, məscidlərə ziyan vurub.

Pakistan ordusunun sözçüsü bildirib ki, Hindistanın Bahavalpur, Muridke, Muzzəffərabad, Kotli, Bağ və Əhmədpurun şərq bölgələrini hədəfə alıb. Qeyd edək ki, bu ərazilərdə yaşayan əali sayı çoxdur.

General-leytenant Əhməd Şərif Çaudri mülki itkiləri təsdiqləyib. Onların arasında Əhmədpurun şərqində 3 yaşlı bir qız, Kotlidə isə 16 yaşlı qız və 18 yaşlı oğlan var. Lahora yaxın Muridkedə bir nəfər həlak olub. Onlarla insan yaralanıb. İki nəfər isə hələ də itkindir.

Çaudri mətbuat konfransında deyib: "Hindistan ordusu müxtəlif silahlardan istifadə edərək altı yeri hədəfə aldı, nəticədə 24 zərbə endirildi. Hədəf alınan yerlər arasında məscidlər də olub və bu zərbələr həm Pakistan ərazisində, həm də Pakistanın nəzarətində olan Kəşmirdə həyata keçirilib”.

Pakistan sərt cavab verdiyini bildirib və beş Hindistan hərbi təyyarəsini və bir neçə pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

Aşağıda isə hücumların nəticələrini əks etdirən ilk görüntülər yer alır — Pakistan və Pakistanın nəzarətində olan Kəşmir ərazisində dağıntılar, yaralı insanlar və zədələnmiş binalar.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us