Daxili İşlər Nazirliyi ''Həmas''ın İsraillə əməkdaşlıqda və humanitar yardımları talamaqda ittiham olunan Qəzzadakı silahlı qrupun liderinə təslim olması üçün 10 gün vaxt verdiyini açıqlayıb.
Bəyanata görə, bu qərar iyulun 2-də İnqilab Məhkəməsi tərəfindən verilib və ''Həmas''ın səlahiyyətlərini tanımayan silahlı dəstənin rəhbəri Yaser Əbu Şababı hədəf alır.
Əbu Şababın hazırda İsrail ordusunun nəzarətində olan Qəzzanın cənubundakı Rəfah bölgəsində olduğu ehtimal edilir.
Məhkəmə fələstinliləri onun yerini ''Həmas'' təhlükəsizlik qüvvələrinə bildirməyə çağırıb.
Əbu Şababın rəhbərlik etdiyi qruplaşma hələlik təslim olma çağırışına münasibət bildirməyib.
''Həmas'' Əbu Şababı BMT-nin yardım karvanlarını talamaqda ittiham edir və bu fəaliyyətlərin İsrail tərəfindən dəstəkləndiyini iddia edir.
İsrail isə Qəzzada ''Həmas''a qarşı bəzi dəstələri dəstəklədiyini qəbul etsə də, konkret olaraq hansı qruplarla əməkdaşlıq etdiyini açıqlamayıb.