DÜNYA
4 dəqiqə oxuma
Fələstinlilər üçün səsini ucaldan Roma Papası Fransisk
Mərhum Roma Papası İsrailin Qəzzaya hücumlarında "görünməmiş zorakılığın" şahidi olduğu üçün fələstinliləri müdafiə etməsi ilə digər papalar arasında seçilirdi.
Fələstinlilər üçün səsini ucaldan Roma Papası Fransisk
Francis stood apart in terms of his vocal advocacy for the Palestinians. / Photo: AP
21 aprel 2025 г.

Mərhum Roma Papası İsrailin Qəzzaya hücumlarında "görünməmiş zorakılığın" şahidi olduğu üçün fələstinliləri müdafiə etməsi ilə digər papalar arasında seçilirdi.

2013-cü ildən Roma Katolik Kilsəsinin lideri olan və fələstinlilərin hüquqlarının müdafiəsi ilə tanınan Papa Fransisk 21 apreldə vəfat etdi. Vatikanın kamerlenqo (xəzinədar) kardinalı Kevin Ferrell Papanın 88 yaşında dünyasını dəyişdiyini açıqladı.

"Bu gün səhər saat 7:35-də Roma yepiskopu Fransisk evinə, Atanın evinə qayıtdı. O, bütün həyatını Rəbbinə və Kilsəsinə xidmət etməyə həsr edib" deyə Ferrell bildirdi.

Təxminən 1,4 milyard Roma Katolikinin ruhani lideri kimi Fransisk xristianlığın üç əsas qolundan biri və ən böyük icması olan katolikliyi təmsil edirdi. Fransisk İsrailin Qəzzaya qarşı apardığı soyqırım müharibəsində dəfələrlə atəşkəsə çağıraraq dünya müsəlmanlarının da sevgisini qazanıb. Bu müharibədə İsrail 2023-cü ilin oktyabrından 2025-ci ilin aprelinə qədər əksəriyyəti qadın və uşaq olmaqla 51.200-dən çox insanın ölümünə səbəb olub.

ABŞ-da yaşayan dini tədqiqatlar üzrə ekspert və katolik-müsəlman dialoqu, islamafobiya və anti-müsəlman ayrı-seçkiliyi haqqında kitabların müəllifi Dr. Cordan Denari Duffner “Papa Fransisk atəşkəs, zorakılığın dayandırılması və humanitar yardımın Qəzzaya gəlməsi üçün açıq və ardıcıl çağırışlar edib. Fələstinlilərin bərabərlik və öz müqəddəratını təyinetmə hüququna sahib olduğu fikrini həmişə gündəmdə saxlayıb” deyib.

Duffner "TRT World"ə verdiyi açıqlamada deyib: "Papa xüsusilə katoliklərə inancımızın bir parçası olaraq ədalət və sülh üçün mübarizə aparmalı olduğumuzu xatırladan mühüm əxlaqi səs oldu".

Qeyd edək ki, Vatikan Papa Fransisk papalıq vəzifəsini yerinə yetirməmişdən xeyli əvvəl iki dövlətli həll lehinə mövqe tutmuşdu. 1978-2005-ci illərdə Roma Katolik Kilsəsini idarə edən Papa II Con Paul Fələstin məsələsinə rəğbətini ifadə etməkdən çəkinmədi.

Roma Katolik Kilsəsi 2013-cü ilin fevralında 1967-ci ildən əvvəlki sərhədləri ilə Fələstin Dövlətini rəsmən tanıdı. Bu addım İsrail Xarici İşlər Nazirliyi tərəfindən "məyusedici" kimi qiymətləndirildi.

Hazırda Roma Papası Fransisk və İslam haqqında kitab yazan Duffner deyib ki, mərhum Papa fələstinlilərin ədalətsizliyə məruz qaldığına və israilli qonşuları ilə bərabərliyə layiq olduğuna inanır.

Papalar ümumiyyətlə qlobal münaqişələrdə tərəf tutmaqdan imtina edirlər, lakin Fransisk İsrailin bir neçə aydır Qəzzanı ayrı-seçkilik qoymadan bombalamasına etirazını bildirməkdən çəkinməyib.

Fransisk Qəzza haqqında düşünəndə hiss etdiyi ağrıları belə dilə gətirmişdi: “Bu qədər qəddarlıq, uşaqların pulemyotla vurulması, məktəblərin və xəstəxanaların bombalanması... bu, nə qədər qəddarlıqdır!”.

İsrailin soyqırım müharibəsinin ilk günlərində Fransisk dərhal atəşkəsə çağıraraq, “Lütfən, hücumları və silahları dayandırın” deyərək, müharibənin yalnız “günahsız insanların ölümü və əzabına” səbəb olduğunu bildirib.

"Müharibə həmişə məğlubiyyətdir! Hər müharibə məğlubiyyətdir!"

2023-cü il oktyabrın 19-da İsrailin Qəzzada Yunan Pravoslav Porfiri kilsəsinə endirdiyi hava hücumu nəticəsində oraya sığınan ən azı 18 mülki fələstinli həlak olanda Papa Fransisk İsraili müharibəni tez bir zamanda dayandırmağa çağırıb:

“Mən Qəzzada ciddi humanitar vəziyyət haqqında düşünürəm...Bir daha xahiş edirəm ki, humanitar yardımlar gəlməyə davam etsin deyə yollar açılsın...”

İsrail Qəzzaya raketlər yağdırarkən, Papa Fransisk Qəzzadakı xristian icması ilə birbaşa əlaqə saxlamağa qərar vermişdi. O, Qəzzada yeganə katolik kilsəsi olan Müqəddəs Ailə Kilsəsinə hər gecə zəng edərək oradakı insanlar üçün dua edir və ruhlandırıcı sözlər deyirdi.

Qəzzadakı camaatın keşişi Qabriel Romanelli su, qida və tibbi ləvazimat çatışmazlığı ilə mübarizə apardıqları bir vaxtda papanın sarsılmaz dəstəyinin icmaya güc verdiyini söyləyib.

Oradakı kilsə üç keşiş, beş rahibə və 58 əlil də daxil olmaqla 500-dən az insan üçün sığınacaq yeri olmuşdu. Buraya sığınanların əksəriyyəti müsəlmanlar və xüsusi qayğıya ehtiyacı olan uşaqlar idi.

Duffner qeyd edib ki, Fransisk Qəzzada keşişlər və camaatlarla, hətta "xəstəxana çarpayısından belə gündəlik telefon danışığı aparırdı".

"Katolik doktrinaları açıq şəkildə göstərir ki, günahsız insanlar hədəfə alındıqda, qidaya çatılmasına mane olunduqda, kifayət qədər sığınacaq yer olmadığı zaman və tibb müəssisələri dağıdılanda, əziyyət çəkənləri müdafiə etmək üçün güclü səs çıxarmalıyıq. O, bu ifadələri açıq-aşkar dilə gətirirdi", deyə Duffner qeyd edib.

Duffner "Roma Papası Fransisk Qəzzadakı vəziyyətə və daha geniş mənada İsrail və Fələstin ərazilərindəki haqsızlıqlara cavabı ilə bu doktrinanı həyata keçirdi" əlavə edib.

Fransiskin Fələstin tərəfdarı olması qeyri-adi idi?

Papa Qəzzada İsrail tərəfindən öldürülən fələstinlilərin yaxınları ilə də görüşüb və onların görüşündən sonra “Bu, artıq müharibə deyil, terrordur” deyib.

Papa ilə görüşən qrupda iştirak edən və Bethlehemdən olan fələstinli xristian qadın Şirin Xəlil mətbuata açıqlamasında Papa Fransiskin Qəzza müharibəsi ilə bağlı bilik səviyyəsinə “təəccübləndiklərini” söyləyib.

Duffner Fransisk (2013-2025) və onun sələfləri, Papa XVI Benedikt (2005-2013), Papa II Pavel (2013-2025), Papa İoann Paul (1978-2005 və Papa Paul 319) arasında Fələstin məsələsində "böyük davamlılıq" olduğunu söyləyib.

"Vatikan 1940-cı illərdən bəri fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna və öz dövlətinə layiq olduğu fikrindədir. Məncə, bu, təkcə Fransiskin papalığı ilə deyil, onun sələfləri vasitəsilə də davam edən bir şeydir", - Duffner bildirib.

Lakin Fransisk fələstinliləri açıq şəkildə müdafiə etməsi ilə digərlərindən fərqlənir. Çünki O, İsrailin Qəzzaya “görünməmiş intensivlikdə” hücumlarının şahidi olub.

Duffner "Bəzi baxımlardan Fransiskin ifadələri qarşı-qarşıya olduğumuz vəziyyətdir" deyib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us