Türkiyənin VII Etnoidman Mədəniyyət Festivalında ənənəvi oyunlar və mədəni irs diqqət mərkəzində olsa da, builki tədbirdə Qəzzada İsrail tərəfindən öldürülən minlərlə fələstinli uşağa diqqət çəkilib, bayram əhval-ruhiyyəsi içində onların da unudulmaması istənilib.
Mayın 25-dək davam edən festivalda Qəzzadakı uşaqların səslərini yüksəltməyə həsr edilmiş “Həmrəylik çadırı” yer alıb. Çadırda simvolik sərgilər nümayiş olunub: heç vaxt oynamaq şansı olmayan uşaqları təmsil edən oyuncaqlar, Fələstinə dəstək çağırışları ilə dolu bannerlər və Qəzza ilə yağlı boya tabloları vəsait toplamaq üçün satışa çıxarılıb.
Fələstinin qarpız şəklində olan xəritəsində Qəzza xüsusi işarələnib, qan ləkəli jurnalist jileti isə münaqişədə öldürülən media işçilərinin ürəkağrıdan fədakarlığını yada salıb.
Tədbirdə həmçinin İsrailə qarşı maarifləndirmə və fəaliyyət təşviqi məqsədilə boykot bələdçi bloknotları təqdim olunub.
“Anadolu Agentliyi”nə müsahibəsində festivalın koordinatorlarından olan Tülay Gökçimen deyib: “Çadırın içində partlayış səsləri və qışqırıqların əks olunduğu audio əks-səda verir. Ziyarətçilərə deyirik ki, Qəzzadakı insanlar bunu 24 saat eşidir, amma siz bir dəqiqə belə dözə bilmirsiniz.
Oyuncaqlar sərgisi isə onu təmsil edir ki, əgər İsrail soyqırım törətməsəydi, bu uşaqlar bunlarla oynayardı, sizin kimi belə festivallarda gəzərdi.”
Tükiyənin Etnoidman Festivalı öz ənənəvi mədəni platformasını vicdanla birləşdirərək bayramla qarışıq bir həmrəylik nümayiş etdirir.