Rəsmilar indiki infeksiyaların simpomlarının yüngül olduğunu deyirlər, lakin Kerala ən çox tasirlanan əyalət olub.
Hindistanda hökumətin COVID-19 virusunun yayılmasını izləyən veb saytının malumatına görə, "Omicron" variantının alt variantları yayılmağa davam etdiyi üçün iyunun 4-da 4 min 300 yeni aktiv hadisə qeydə alınıb.
Hindistanın cənubundakı Kerala əyaləti iyunun 4-də 1373 aktiv yoluxma ilə ən çox zərər çəkmiş bölgə olub. Ölkənin maliyyə mərkəzi Mumbayın yerləşdiyi Maharaştra, 510 yoluxma ilə ikinci oldu.
Xəstəlik son 24 saat ərzində ölkə üzrə 7 nəfərin ölümünə səbəb olub və cari il ölənlərin ümumi sayı 44-ə çatıb.
Maharaştra və paytaxt Dehli də daxil olmaqla digər ştatlarda da infeksiyaların əhəmiyyətli dərəcədə artması müşahidə olunur.
Yoluxma sayının artmasına baxmayaraq, ölkənin ən yaxşı tibb orqanı, Hindistan Tibbi Tədqiqatlar Şurası (ICMR) keçən həftə verdiyi məlumatda mövcud dalğanın əsasən "Omicron" variantının alt variantları tərəfindən törədildiyini və infeksiyaların simtomlarının "ümumiyyətlə yüngül" olduğunu bildirib.
ICMR narahatlığa əsas olmadığını bildirərək, vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.
Səhiyyə naziri Prataprao Jadhav da keçən həftə hökumətin hər hansı potensial faktlara tam hazır olduğunu söyləyərək, ictimaiyyətə məlumat verib və insanların rahat olmalarını bildirib.
Dehlidəki səhiyyə rəsmiləri keçən ay xəbərdarlıq edərək, xəstəxanalara hazırlıq səviyyələrini nəzərdən keçirməyi tapşırıblar.
"Worldometer"in məlumatına görə, Hindistan 2020-ci ildə pandemiyanın başlanmasından bəri 45 milyondan çox COVID-19 hadisəsi və 533 min 570 ölüm hadisəsi qeydə alıb.