SİYASƏT
2 dəqiqə oxuma
Tramp Harvardı xarici tələbə qəbulu qadağası ilə hədələyib
Tramp administrasiyası universiteti Daxili Təhlükəsizlik Departamentinin tələblərinə əməl etməməkdə günahlandırır
Tramp Harvardı xarici tələbə qəbulu qadağası ilə hədələyib
Harvard University faces mounting pressure from the Trump administration on foreign student policies. / Reuters
18 aprel 2025 г.

ABŞ Daxili Təhlükəsizlik Departamenti Harvard Universitetinin Tramp administrasiyasının tələblərinə cavab vermədiyi təqdirdə xarici tələbələri qəbul etmək səlahiyyətini itirəcəyini açıqlayıb.

Nazir Kristi Noem çərşənbə günü Harvarda ümumi məbləği 2,7 milyon dollardan çox olan iki DHS qrantının ləğv edildiyini açıqladı.

Noem Harvarda məktub yazaraq, 30 aprel tarixinə qədər universitetdə qanunsuz və zorakı fəaliyyətlər edən xarici tələbələrin sihasını təqdim etməsini istəyib. Əlavə olaraq əgər universitet Harvard tələblərə tam əməl etməzsə, xarici tələbələri qəbul etmək imtiyazını itirəcək.

Məsələ ilə bağlı Harvard rəhbərliyi hələlik munasibət bildirməyib.

 

Universitetlər üçün təhlükə

Prezident Donald Trampın administrasiyası ABŞ-ın müttəfiqi İsrailin Qəzzadaki işğalına qarşı Fələstin tərəfdarı olan etirazlara görə universitetləri federal maliyyənin kəsilməsi ilə hədələyir.

Tramp etirazçılara təhlükə kimi baxır, onları antisemitizm və HƏMAS tərəfdarı olmaqda ittiham edir. Çünkü o, Fələstinin hüquqlarını müdafiə etməyi və İsrailin Qəzzadakı hərəkətlərini tənqid etməyi ekstremizm və antisemitizmlə bir tutur.

"Harvard 53.2 milyard dollarlıq ianə ilə öz-özünü maliyyələşdirə bilər - Daxili Təhlükəsizlik Departamenti bunu etməyəcək", - deyən Noem Harvardın "anti-Amerika, Həmas tərəfdarı ideologiya ilə idarə olunduğunu" iddia edib.

Donald Tramp 2,2 milyard dollarlıq federal maliyyə vəsaitini dondurdu və Harvardın Qəzza müharibəsi və digər məsələlərlə bağlı etiraz aksiyaları ilə bağlı yardım tələblərini

Harvard universiteti daha əvvəl də akademik azadlıqları və etiraz hüququnu qorumağa çalışdıqlarını vurğulayaraq Tramp adminstrasiyasının tələblərini qəbul etmədiyi üçün vergilərdən azad edilməməklə hədələnib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us