DÜNYA
2 dəqiqə oxuma
ABŞ İ.Maskın xarici vətəndaşlarla əlaqələrini araşdırır
Amerika prezidenti Donald Trampın ötən həftəyə qədər yaxın müşaviri olmuş İlon Maskın təsir altına düşməsi ilə bağlı narahatlıqlar mövcuddur
ABŞ İ.Maskın xarici vətəndaşlarla əlaqələrini araşdırır
/ AP
11 iyun 2025 г.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyi də daxil olmaqla bəzi qurumlar 2022 və 2023-cü illərdə milyarder İlon Maskın mülklərini ziyarət edən xarici vətəndaşları izləyib.

Araşdırma xüsusilə Şərqi Avropa və digər bölgələrdən gələn ziyarətçilərə yönəlib.Həmin şəxslərin ötən həftəyə qədər ABŞ prezidenti Donald Trampın yaxın müşaviri olan İlon Maskı təsir altına salmağa çalışdıqları ilə bağlı narahatlıq ifadə olunub.

Mövcud Donald Tramp administrasiyasından daha əvvəl başlanan bu araşdırma hər hansı bir ittihamla nəticələnməyib və bu vəziyyət hələ də qeyri-müəyyənliyini qoruyur. Həmçinin məsələ ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) da daxil olmaqla müvafiq qurumlara məlumat verilib.

Xatırladaq ki, sonuncu dəfə keçirilən prezident seçgilərində namizədləri dəstəkləyən siyasi təşkilata İlon Mask tərəfindən 250 milyon dollar məbləğində maliyyə dəsdəyi verilib və bunun nəticəsində D.Tramp yanvar ayında yenidən prezident vəzifəsinə qayıdıb.

 Yüksək səviyyədə məxfilik

Cənubi Afrika əsilli ABŞ vətəndaşı olan İ.Mask yeni administrasiyada ilkin mərhələdə büdcə ixtisarları məsələsində əsas rol oynayıb. Lakin ötən həftə D. Tramp ilə ictimaiyyət qarşısında baş verən mübahisədən sonra onların münasibətləri pozulub.

Əlavə olaraq tərəflər arasında son dövrlərdəki əməkdaşlığa baxmayaraq İ. Maskın xarici vətəndaşlarla əlaqələri səbəbilə gərginliklər daha da artıb. D.Tramp tərəfdarı olan Siyasi Fəaliyyət Komitəsinin nümayəndələri İ.Maskın tədbirlərə özü ilə gətirdiyi xarici vətəndaşlarla bağlı narahatlıqlarını bildiriblər.

“The Wall Street Journal” qəzetinin oktyabr ayında dərc etdiyi hesabatda bildirilir ki, İ. Mask 2022-ci ilin sonlarından bəri Rusiya prezidenti Vladimir Putin ilə mütəmadi təmasda olub.

Qeyd edək ki, 2002-ci ildə yaradılmış “SpaceX”in icraçı direktoru (CEO) İ.Mask milli təhlükəsizlik məlumatlarına çıxış imkanı verən icazəyə malikdir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us