SİYASƏT
2 dəqiqə oxuma
İran israillilərə ölkəni tərk etmələri barədə xəbərdarlıq etdi
İran Silahlı Qüvvələrinin Rza Səyyad: ''Cinayətkar rejimin sizi canlı qalxan kimi istifadə etməsinə imkan verməyin''
İran israillilərə ölkəni tərk etmələri barədə xəbərdarlıq etdi
Tel Aviv's unprovoked assault sparked the conflict, prompting Iran to carry out retaliatory strikes on Israel. / AP
7 saat əvvəl

İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı məlumata görə, İran Silahlı Qüvvələri israillilərə ölkələrini tərk etməyi tövsiyə edib və yaxın günlərdə bu ərazilərin yaşayış üçün yararsız hala düşəcəyi barədə xəbərdarlıq edib.

"İşğal olunmuş əraziləri tərk edin, çünki yaxın gələcəkdə bu yerlər yaşayış üçün tamamilə əlverişsiz olacaq", – deyə İran Silahlı Qüvvələrinin sözçüsü Rza Səyyad yaydığı bəyanatda vurğulayıb.

Rza Səyyad İranın İsrailə qarşı yeni cavab hücumlarına başlamasından sonra verdiyi açıqlamada ciddi xəbərdarlıqlar edib.

"Yeraltına sığınmaq israilliləri hücumlardan qorumayacaq. Xüsusilə vurğulamaq istəyirik ki, cinayətkar rejimin sizi canlı qalxan kimi istifadə etməsinə imkan verməyin", – deyə Rza Səyyad qeyd edib.

İran ABŞ və Qərbi müdaxilə etməməyə çağırdı

İran İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri və Məşvərət Şurasının üzvü Möhsün Rezai məsələyə dair verdiyi açıqlamada deyib:
“Biz elə bir nöqtəyə çata bilərik ki, bütün regionda sabitliyi pozacaq böyük addımlar ata bilərik. ABŞ və Avropadakı müdrik insanlar öz ölkələrini bu müharibədən çıxarmaq üçün tez hərəkət etməlidirlər. Əks halda, onların müdaxiləsini cavabsız buraxa bilmərik”.

Qeyd edək ki, ötən cümə günü İsrail İranın bir neçə bölgəsinə, o cümlədən hərbi və nüvə obyektlərinə hava zərbələri endirib. Rəsmi Təl-Əvivin səbəbsiz hücumu münaqişəni alovlandırıb və İranın İsrailə cavab zərbələri endirməsinə səbəb olub.

İran cavab olaraq İsrailə qarşı zərbələr endirib. O vaxtdan bəri tərəflər arasında hücumlar və əks-hücumlar davam edir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us