Birləşmiş Ştatlar iyunun 14-də ABŞ ordusunun qurulmasının 250-ci ildönümünü qeyd etmək üçün hərbi parad təşkil edir. Ağ Ev tədbirin həm də prezident Donald Trampın 79-cu doğum gününə təsadüf etdiyini bildirib.
Ağ Evin mətbuat katibi Anna Kelli “X” hesabında verdiyi açıqlamada Trampın "Amerika veteranlarını, xidmətdə olan hərbçiləri və bu əlamətdar günü hərbi paradla şərəfləndirəcəyini" yazılır.
Kellinin “Fox News”a verdiyi açıqlamasında mərasimə qatılacaq ABŞ əsgərləri və hərbi akademiya tələbələri Amerika ordusunun tarix boyu iştirak etdiyi qarşıdurmaları və müharibələri əks etdirən nümayiş təqdim edəcəklərini bildirib. Sözügedən döyüşlər ABŞ inqilabından terrorla qlobal müharibəyə qədər olan dövrlərə aiddir.
Donald Tramp ilk prezidentlik müddətində Fransada “Bastiliya günü” paradında iştirakından sonra Vaşinqtonda da hərbi parad keçirmək fikrini irəli sürüb. Lakin Pentaqon bunun 92 milyon dollara başa gələ və zirehli texnikanın şəhərin yollarına zərər verə biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirib. Hərbi paradda 6500-dən çox əsgər, 150-yə yaxın hərbi maşın və 50 təyyarənin yer alması planlaşdırılır.
Qeyd edək ki, D.Tramp mayın 1-də “Truth Social” media hesabında yazıb: "Müttəfiqlərimiz və dostlarımız 8 mayı qələbə günü kimi qeyd edir, lakin biz İkinci Dünya müharibəsində qələbə qazanmaq üçün biz də çox şey etmişik. Qələbələrimizi yenidən qeyd etməyə başlayacağıq!"