SİYASƏT
2 dəqiqə oxuma
Aİ ABŞ-a qarşı və Beynəlxalq Cinayət Məhkəməsinin yanında olduğunu bəyan etdi
Xatırladaq ki, 5 iyunda ABŞ Dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin dörd hakiminin sanksiyalar siyahısına əlavə olunduğunu  elan edib və onları ABŞ və İsrailin suverenliyini pozmaqda günahlandırıb
Aİ ABŞ-a qarşı və Beynəlxalq Cinayət Məhkəməsinin yanında olduğunu bəyan etdi
A general view of the International Criminal Court, in The Hague, Netherlands, March 12, 2025. / Reuters
12 saat əvvəl

  Avropa İttifaqı rəsmiləri ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin dörd hakiminə qarşı sanksiyalar tətbiqindən sonra məhkəməni müdafiə ediblər.

  Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyunun 6-da “X” platformasında yazıb: “Komissiya məhkəmə və onun rəsmilərini tam dəstəkləyir. Beynəlxalq Cinayət Məhkəməsi təzyiq olmadan fəaliyyət göstərməlidir”.

  Avropa Şurasının sədri Antonio Kosta onun fikirlərini təkrarlayaraq məhkəməni "beynəlxalq ədalətin təməl daşı" adlandırıb və “X” platformasında yazıb: "Beynəlxalq Cinayət Məhkəməsi millətlərə qarşı deyil – cəzasızlığa qarşıdır. Biz onun müstəqilliyini və bütövlüyünü qorumalıyıq. Qanunun aliliyi gücün aliliyindən üstün olmalıdır”.

  Aİ Xarici siyasət rəhbəri Kaya Kallas da məhkəməyə dəstəyini ifadə edərək onun müstəqilliyinin və ədalətə sadiqliyinin əhəmiyyətini vurğulayıb: "Beynəlxalq Cinayət Məhkəməsi ən ciddi cinayətlər qarşısında ədaləti təmin edir. O, təzyiqdən azad və prinsiplərinə sadiq qalmalıdır."

  Belçikanın Xarici işlər naziri Maksim Prevo “X” platformasında Aİ-nin nadir hallarda istifadə edə biləcəyi hüquqi vasitə - bloklama statutunu tətbiq etməyə çağırıb. Bu statut Aİ subyektlərini xarici qanunların eksteryitorial təsirindən qorumaq üçün nəzərdə tutulub. (Statut (təşkilatın nizamnaməsi)| — təşkilatın təşkilini və fəaliyyətini tənzimləyən hüquqi sənəddir.) Əgər bu tətbiq edilərsə, Beynəlxalq Cinayət Məhkəməsinin müdafiəsi üçün bu statut ilk dəfə istifadə olunacaq.

  M.Prevo yazıb: "BCM ilə dayanmaq qanunun aliliyi ilə yanaşı durmaq deməkdir. Belçika məhkəmənin və onun missiyasının möhkəm tərəfdarı olaraq qalacaq."

  "Məhkəmənin beynəlxalq cinayətlərə qarşı cəzasızlıqla mübarizədəki işi zəiflədilməməlidir", bu sözlər Avstriya Xarici İşlər Nazirliyinin bəyanatından deyilir və “ABŞ-ın bu addımına görə dərin təəssüf" ifadə edilir.

  Xatırladaq ki, 5 iyunda ABŞ Dövlət katibi Marko Rubio Beynəlxaql Cinayət Məhkəməsinin dörd hakiminin sanksiyalar siyahısına əlavə olunduğunu  elan edib və onları ABŞ və İsrailin suverenliyini pozmaqda günahlandırıb: "Bu dörd şəxs Amerika və yaxın müttəfiqimiz İsraili hədəf alıb… BCM siyasiləşdirilib. O, ABŞ və müttəfiqlərinin vətəndaşlarını araşdırmaq, ittiham və mühakimə etmək kimi səlahiyyətlərə malik olduğunu iddia edir… BCM-ni dəstəkləyən digər ölkələri xalqımıza və İsrailə qarşı bu utancverici hücumla mübarizə aparmağa çağırırıq”.

  2024-cü ilin noyabr ayında BCM İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant haqqında “Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər” törətməkdə ittiham edərək həbs qərarı çıxarıb.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us