Türkiyə Ali Təhsil Şurası (YÖK) dünyanın 106 ölkə və regionundan 1500 universitetinin yer aldığı “QS 2026: dünya universitetlərinin reytinqi”ndə 26 türk universitetinin yer aldığını açıqlayıb.
Türkiyə reytinqdə 20-dən çox universiteti olan ölkələr sırasında ən çox irəliləyiş göstərən dördüncü ölkə olub.
Türkiyənin 11 universitetinin reytinqdə ilk 1000-liyə daxil olduğu, onlardan 9-nun əvvəlki illə müqayisədə reytinqini artırdığı, 2-nin mövqelərini qoruduğu, heç bir universitetin aşağı pillələrv düşmədiyi bildirilib.
Açıqlamada Türkiyənin 2 universitetinin ilk 300-lüyə, 4 türk universitetinin ilk 400-ə, 6 türk universitetinin isə ilk 500-lüyə daxil olduğu vurğulanıb.
ODTÜ 269-cu, İTU 298-ci, dünyanın ən yaxşı 300 universiteti arasında, Koç Universiteti 323-cü, Boğaziçi Universiteti isə 371-ci yeri tutaraq ilk 400-cü yerdə qərarlaşıb. Sabancı Universiteti 404-cü, Bilkənt Universiteti isə 415-ci yerdə dünyanın ən yaxşı universitetləri arasında yer alıb. Beləliklə, Türkiyənin 6 universiteti dünyanın ən yaxşı 500 universiteti arasında daxil olub.
Hacettepe Universiteti 571-ci, İstanbul Universiteti 628-ci, Ankara Universiteti 697-ci, Yıldız Texniki Universiteti 736-cı və Qazi Universiteti 915-ci yerləri tutaraq 1000 ən yaxşı universitet sırasına daxil olub.
QS Türkiyə hesabatına görə, ODTÜ, Boğaziçi və İTU “İşəgötürən reputasiyası” göstəricisində dünyanın ən yaxşı 100 universiteti sırasında yer alır, Türkiyə ali təhsili, Türkiyə universitetləri və Türkiyənin beynəlxalq akademik nüfuzu isə sürətlə artmaqdadır.
YÖK rəhbəri Prof.Dr.Erol Özvar "Bu uğur təsadüfi deyil. Hamımız birlikdə çox çalışdıq. Daha yaxşılarına nail olacağıq. Reytinqlərə girən və əzmlə çalışan bütün universitetlərimizi təbrik edirəm" deyib.