SİYASƏT
1 dəqiqə oxuma
Qəzzada atəşkəs əldə olunmayacağı təqdirdə bunun cavabı İsrail üçün ağır olacaq
ABŞ-ın yüksək səviyyəli rəsmisi xəbərdarlıq edib
Qəzzada atəşkəs əldə olunmayacağı təqdirdə bunun cavabı İsrail üçün ağır olacaq
Netanyahu / Reuters
9 may 2025 г.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, Amerika rəsmisi “Girovlar bunun əvəzini ödəyiblər, indi İsrail bunun əvəzini ödəyəcək” deyib.

İsrail mediası bildirib ki, ABŞ-ın yüksək səviyyəli rəsmisi Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasını qəbul etməsə, Tel-Əviv hökumətinin ağır bədəl ödəyəcəyi barədə xəbərdarlıq edib.

“The Jerusalem Post” qəzeti mayın 8-də yazıb ki, ABŞ rəsmiləri ilə Qəzzada saxlanılan israilli girovların ailələri arasında görüş keçirilib. İclasda adı açıqlanmayan yüksək səvviyəli ABŞ rəsmisi İsrailin atəşkəsin yenilənməsi və girov müqaviləsi danışıqlarındakı mövqeyini tənqid edib. Rəsmi ABŞ-ın İsrailin iştirakı olmadan belə Səudiyyə Ərəbistanı ilə regional razılaşma əldə edəcəyini bildirib.

Qəzzadakı girovların artıq müharibənin bitməməsinin bədəlini ödədiklərini deyən rəsmi əlavə edib: “Əgər onlar müharibəni bitirmədiklərinin bədəlini artıq ödəyiblərsə, bunun qarşılığı təkcə girovlar üçün deyil, İsrail üçün də çox ağır olacaq”.

Adı açıqlanmayan ABŞ rəsmisi Yəməndə husilərlə atəşkəs razılaşmasının yalnız başlanğıc olduğunu vurğulayaraq, “İsrail ağlını başına yığmasa, “Əsrin müqaviləsi belə İsrail olmadan həyata keçəcək ” xəbərdarlığını edib.

Görüşdə iştirak edən israilli girovların yaxınları amerikalı rəsminin açıqlamalarını “İsraili qeyd-şərtsiz dəstəkləyən müttəfiqin ritorikasının dəyişməsi” kimi şərh ediblər.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us