SİYASƏT
1 dəqiqə oxuma
Britaniya və Avropa İttifaqı əlaqələri yenidən qurmaq üçün bir araya gəlir
Sənədlə bağlı hələlik ətraflı məlumat yoxdur, lakin ...
Britaniya və Avropa İttifaqı əlaqələri yenidən qurmaq üçün bir araya gəlir
Britain and the EU will ease food import restrictions and boost cooperation. / AFP
8 saat əvvəl

  “Böyük Britaniya yaxın vaxtlarda Avropa İttifaqı ilə yeni çoxsektorlu saziş imzalayacaq”. Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib. Hökumət başçısı bildirib ki, sazişin məqsədi “Breksit”dən sonrakı münasibətləri daha da sıxlaşdırmaqdır.

  Sənədlə bağlı hələlik ətraflı məlumat yoxdur. Lakin mayın 19-da Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın Londona səfəri təsdiqlənib.

  Tərəflərin başlıca olaraq müdafiə sahəsində müzakirələr aparacağı gözlənilir. Bununla belə, Starmer vahid bazarın yaradılması fikrini istisna edib.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us