ABŞ Prezidenti Donald Tramp İsveçrədə Çinlə keçirilən görüşləri tərifləyərək, hər iki tərəfin “dostcasına, lakin konstruktiv şəkildə” yeni bir başlanğıc üzərində razılığa gəldiyini bildirib.
Tramp “Truth Social” platformasında paylaşdığı mesajda deyib: “Bu gün İsveçrədə Çinlə çox yaxşı bir görüş keçirdik. Bir çox məsələ müzakirə olundu və razılıq əldə edildi. Həm Çin, həm də ABŞ üçün faydalı olacaq şəkildə Amerika üçün Çin bazarının açılmasını istəyirik. Böyük irəliləyiş əldə olunub.”
Pakistan–Çin–Əfqanıstan
Eyni zamanda Əfqanıstan iqtisadi əməkdaşlıq, təhlükəsizlik tərəfdaşlığı və regional sabitlik məsələlərinin müzakirə olunduğu Pakistan–Çin–Əfqanıstan üçtərəfli görüşünün ilkini Kabulda təşkil edilib.
Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadıq “X” platformasında paylaşdığı açıqlamada xarici işlər naziri Əmir Xan Muttakinin “iqtisadi və təhlükəsizlik əməkdaşlığı ilə regional sabitlik məsələlərində mövqelərin yaxınlaşdırılmasına nail olduğunu” bildirib.
Sadıq rəsmi səfər çərçivəsində Əfqanıstanda olarkən Çin tərəfini bu görüşdə Əfqanıstan üzrə xüsusi nümayəndə Yue Şiaoyonq təmsil edib.
Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Hafiz Ziya Əhməd “X” platformasında qeyd edib ki, tərəflər altıncı Əfqanıstan–Çin–Pakistan Xarici İşlər Nazirləri Dialoqunun Kabulda keçirilməsi barədə razılığa gəliblər.
M. Sadıq müvəqqəti ticarət naziri Azizi ilə keçirilən görüşdə Çin–Pakistan İqtisadi Dəhlizinin (ÇPİD) Əfqanıstana genişləndirilməsi məsələsində də razılığın əldə edildiyini bildirib.
Bu inkişafın regionda Hindistan ilə Pakistan arasında əldə olunmuş atəşkəsdən sonra baş verməsi diqqət çəkib.